Azərbaycanlı milyarder Fərhad Əhmədov həqiqətən Narışkinə sərt etiraz məktubu göndərib
15-01-2016, 21:59
Bir neçə gün öncə bəzi KİV-lər Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovla bağlı "Milyarder Fərhad Əhmədov spiker Narışkinə meydan oxudu” başlıqlı məlumat yayıblar.
Məlumatda qeyd edilib ki, Fərhad Əhmədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq "erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırıb. Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edib.
teref.az olaraq bizdə həmyerlimizin belə addımı ilə fəxr edərək böyük sevinclə bu məlumatı yayımladıq. Lakin bir gün sonra KİV-lərdə bu yazının yalan olması barədə məlumatlar getdi. Bəla onda idi ki, bu məlumatı yalanlayanda öz həmyerlimiz idi. Özüdə Narışkini tərifləyərək həmyerlimiz Fərhad bəyi ona belə bir məktub yaza bilməyəcəyində suçlamışdı.
"Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov mövzu ilə bağlı açıqlama verib. O, məktubun saxta olduğunu qeyd edib."
"Məgər müasir Rusiyada yaşayan bir biznesmen Narışkin kimi güclü və sərt bir dövlət adamına bu şəkildə məktub yaza bilərmi? "
"Bəs Fərhad Əhmədov niyə susur, niyə indidən çıxıb "məktubdan mənim xəbərim yoxdur” demir? Niyə desin ki? Axı xalqın sevgisini qazanır. İtirdiyi bir şey yoxdur ki...”.
Məktubun məzmunu ilə işim yoxdur, lakin məktubun ruhunda bir kin duydunuzmu əziz oxucularım. Yenədə türkün türklə ədavəti göz qabağındadır.
Hətta Fərhad bəy belə məktub yazmasaydı belə bir həmyerlinin öz həmyerlisi barədə belə məktubu utanc verici olardı.
Lakin teref.az olaraq bildirmək istəyirik ki, həmyerlimiz Fərhad Əhmədov özünün bir azərbaycanlı borcunu yerinə yetirərək həqiqətən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq etirazını bildirib. Rusuiya vətəndaşlığından çıxacağı ilə hədələyib.[/b]
Qaldı Fərhad bəyin susmağına, birinci kim ona sual verdi ki, o cavab vermədi? Bəyəm o bu məktubu nəsə qazanmaq üçün yazmışdı? O bu məktubu bir azərbaycanlı kimi ürəyinin əmri ilə yazmışdı! İkinci isə hamıya məlumdur ki, Fərhad Əhmədov indi yas içindədir.
Lakin bu gün Fərhad Əhmədovun tam hüquqlu vəkili Nail bəy Şahverdiyev teref.aznun redaksiyası ilə əlaqə saxlayaraq Fərahad bəyin həqiqətən məktubu yazdığını təsdiq etdi.
Bir azdan biz sizə Fərahad Əhməıdovun imzası ilə məktubu təqdim edəcəyik.
teref.az