Ermənilər 100 illik arzularına çatdılar: Erməni zirehli texnikası Bakıya girdi, amma.... FOTO

22-11-2020, 10:26           
Ermənilər 100 illik arzularına çatdılar:
Erməni tankları Bakıya gətirildi – Fotolar
İkinci Qarabağ müharibəsinin gedişində ordumuzun düşməndən qənimət olaraq götürdüyü yüzlərlə hərbi texnika qatarlarla Bakı istiqamətində daşınır.

Qənimət hərbi texnikanı daşıyan qatarların fotoları sosial şəbəkələrdə yayılıb. Kadrlarda dəmiryol platformalarına yüklənmiş düşmən T-72 tankları, PDM-ləri, topları və digər hərbi texnikası görünür.

“Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə ərzində Ermənistan ordusunun 500 vahidə yaxın müxtəlif hərbi texnikası qənimət götürülüb”,-fotoya yazılan şərhdə deyilir.

Bu günlərdə prezident İlham Əliyev çıxışlarından birində deyib ki, düşməndən hərbi qənimət olaraq götürülən texnika Bakı ətrafında sərgilənəcək.

Xatırladaq ki, döyüş əməliyyatlarını gedişində ordumuz düşməndən qənimət olaraq götürülən hərbi texnikanın, o cümlədən tankların bir qismini Azərbaycan Silahlı Qüvvələrinin texnikasının rəngində boyararaq yenidən döyüşlərdə düşmənin özünə qarşı tətbiq etmişdi. /Virtualaz.org















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru