"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə məhz ona görə belə asan və sərbəst danışır ki..."

22-11-2020, 11:04           
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə məhz ona görə belə asan və sərbəst danışır ki..."
Qərbin cavabı sərt və amansız olacaq

Onun (İlham Əliyevin) təkəbbürlü BBC jurnalisti ilə sərt müsahibəsi və jurnalisti təkəbbürlü mənəviyyat öyrətmək tonundan vaz keçməyə necə məcbur etməsi, bu, birbaşa Qərb isteblişmentinə çağırışdır

Maksim Şefçenko, jurnalist

İlham Əliyev özünü mücərrəd deyil, daha aydın şəkildə Qərb “neo-müstəmləkəçiliyi”nin konkret ideoloji opponenti rolunda təqdim edir.

Onun təkəbbürlü BBC jurnalisti ilə sərt müsahibəsi və jurnalisti təkəbbürlü mənəviyyat öyrətmək tonundan vaz keçməyə necə məcbur etməsi, bu, birbaşa Qərb isteblişmentinə çağırışdır.

Əliyevin bu cür mövqeyi obyektiv olaraq, Qarabağ müharibəsindən sonra "neo-müstəmləkəçiliyə müqavimət hərəkatı"nın qeyri-rəsmi liderinə çevrilmiş Azərbaycanın hazırkı mövqeyinə uyğundur.

Qərb, transmilli “erməniçiliyin” (Qərbin Qafqazda və Kiçik Asiya regionunda yeni müstəmləkəçi ekspansiyasının avanqardı) hərbi cəhətdən darmadağın edilməsini Azərbaycana bağışlamayacaq. "Erməniçiliyin” maraqları, yer üzündə yeganə erməni dövlətində yaşayan erməni xalqının maraqları ilə qarışdırılmamalıdır. Onun maraqları sülh, mehriban qonşuluq, əməkdaşlıq və qonşuları ilə sərbəst mal və dəyər mübadiləsidir.

Soçi, Adler, Krasnodar, Moskva, Paris, San-Fransisko, Beyrut, Marsel, Monako və daha başqa yerlərin sakinləri (Ermənistan vətəndaşları olmayanlar) Böyük Ermənistanın (Herodot və Kiçik Pliniyə görə) və ermənilərin "ağ" Qərb sivilizasiyasının xaç yürüşünün avanqardı roluna iddia edirlər.

Bu sivilizasiyanın, Janus kimi, iki üzü var - liberal və mühafizəkar. Hər iki üz, Qərbin institusional sosial bərabərsizliyi, mənfəət və istehlak bütü ilə dünyanın mərkəzinə, dünyanın mənasına və dünyanın ağalığına əmin olan neo-imperializm və neo-müstəmləkəçiliyin maskalarıdır.

Qalanların hamısı, Roma prinsipinə görə sıralanan Qərbin xammal (minerallar, kölələr, qızıl) əlavələrdir: dostlar, müttəfiqlər, düşmənlər.

Qərblə qarşıdurma çox ciddidir. Hər ölkədə, Qərb özünün hakimiyyətə və cəmiyyətə təsir göstərən xəfiyyələr şəbəkəsini yaratmışdır. Bu insanlar ya səmimiyyətdən, ya da tamahları üzündən Qərbi dünyanın ağası və ilahi məkan hesab edir və buranın bir parçası, ya da ən azından bir nümayəndəsi olmağı arzulayırlar.

Orada inkişaf, texnologiya var, təşkilatlar var, pul var, ən nəhayət Van Qoq və Endi Uorholla birlikdə Mona Liza var. Bəşəriyyətin yeganə əhəmiyyətli tarixi Qərbdədir. Qalan hər şey gəlmə və barbar qondarmalardır.

Qərbin suverenliyi tanımaq, sərhədlər çəkmək, münaqişələrə başlamaq və son vermək hüququ var. Qalanları buna sahib olmaq üçün Qərbdən icazə istəməlidirlər. XX əsrdə avropalıların və amerikalıların on milyonlarla insanı ağlasığmaz vəhşiliklərlə və dəhşətli şəkildə qırmalarına baxmayaraq, onlar qanunların, mənəviyyatın və əxlaqın mənbəyi və daşıyıcılarıdırlar.

Niyə? Ona görə ki, onlar gilyotin və qaz kameraları, kütləvi edamlar, amansız qırğınlar törətməyə və əhalinin sıx olduğu şəhərləri odlu bombardmana məruz qoyduqlarına, aclıq və deportasiyaya görə insanlıqdan (özləri özlərindən) üzr istəyiblər. Axı indi onlar yaxşıdırlar. Axı onlar “barışın, barışın”, “bir daha belə etmərik” deyirlər.

Əgər bu yalanlara və ekspansiyaya müqavimət göstərirsinizsə, o zaman "Qərb liberalizmini" və ya "Qərb mühafizəkarlığını” kor-koranə təkrarlamaq yox, özünüzün ictimai quruluşunuzun nadir prinsiplərini, öz xalqınızın tarixi və milli məişətinin təşkili formalarını müəyyənləşdirməlisiniz.

Qərbdən texnologiyaları və metodologiyaları götürün, ancaq onları özünüzə məxsus məzmunla cilalayın. Söz azadlığı, dövlət qurumlarında xalqın və onun müxtəlif sosial təbəqələrinin mənafelərinin təmsil olunması, milli inkişaf, fərdlərin və qrupların hüquqlarına riayət edilməsi yalnız Qərb şəxsiyyət və cəmiyyət fəlsəfəsi prinsiplərindən irəli gələ bilməz, eyni zamanda türk, rus, Qafqaz, fars, İslam-Yəhudi-Xristian və s. sivilizasiyalara söykənə bilər, həyatın və tarixin mənasının dərk edilməsini özündə ehtiva edər. Buna bənzər bir cəhd, Leninçi-Stalinist SSRİ-nin layihəsi olmuşdu.

Bu gün İlham Əliyev həyasız elit BBC jurnalisti ilə məhz ona görə belə asan və sərbəst danışır ki, özünü natamam bir avropalı kimi hiss etmir (hökmdarlar kimi "Fransız Brestindən Maqadana qədər Avropa" mövzusunda nəsə mızıldamır), məhz azərbaycanlı kimi, Qalib Azərbaycanda siyasəti və dövləti təcəssüm etdirən misilsiz türk-Qafqaz- fars-rus İslam-Xristian-Yəhudi və Sovet mədəniyyətinin nümayəndəsi kimi danışır.

İlham Əliyev BBC jurnalisti ilə yanaşı, qiyabi olaraq Rusiya mediasında olan onun kimi jurnalistləri - neo-imperialistlər - neo-müstəmləkəçilər dəstəsini də yerinə oturtdu. Rusiyanın təbliğat maşını guya Qərbə qarşı çıxdığını nümayiş etdirir. Əsl həqiqətdə isə, o Rusiyanın da Qərb olduğunu, ancaq öz qəribəliklərinə və özəlliklərinə sahib olduğu fikrini təbliğ edir. Və o, həqiqətən oraya, bu əsl böyük Qərbə daxil olmaq istəyir - əlbətdə ki, tabeliyindəki əhali üçün demokratik qurumlar və digər oyunlar qurmaq üçün, Qərb etiketini isə hakim təbəqənin – bir-birilərini hakimiyyət kürsüsündən atan "liberallar” və “mühafizəkarlar”ın bu əraziləri idarə etmələri üçün istəyir.

Buna görə də Rusiya dövlət mediasında, müxalifətçi vətənpərvər və liberal mediada olduğu kimi “Avropa xristian sivilizasiyasını müdafiə etmək” kimi axmaq ton üstünlük təşkil edir.

Və həmişə də Rusiya təbliğatı "sivilizasiyaların münaqişəsi"nın təfsirində anti-İslam və Qərbyönümlü mövqelərdən çıxış edir. Həm də yeri düşəndə, Pravoslav Gürcüstan və Ukrayna da həmçinin tapdalana bilər. Yox, Rusiya imperializmini tutan əlləri döydükdə, əlbətdə ki, Qərb pisdir və bizim "Rus dünyamız" var, biz qeylərə və liberalizmə qarşıyıq.

Ancaq bu Rusiya imperializminin yalını qaşıyanda (Qərbə qaz satmağa, pul köçürməyə, aktivlər və daşınmaz əmlak almağa, Afrikaya nüfuz etməyə və onu talan etməyə və bunların hamısına icazə veriləndə), o zaman biz “Avropa sivilizasiyasının ayrılmaz hissəsiyik, onun şərqi və Avrasiyadakı nümayəndələriyik”. Heç bir xristian artıq çoxdan Qərb sivilizasiyası deyil. O nə vaxtsa orada olubmu? Və ya bütün bunlar hamısı Freuzerə görə yalnız bütpərəst "qızıl budaqdır"? Tarixi dialektika Türkiyə ilə Azərbaycanı Qərblə ciddi qarşıdurmaya gətirdi.

Üzü XXI əsrə onun (Qərbin-red.) periferiyasında Qərbin “dəyərlərini”, “institutlarını” köləlcəsinə təkralamağa çalışmayan, Qərbin, eləcə də onun agenturasının danışıqlar platformalarına və mənasız konfranslarına vaxt itirmədən, özünə aid olan strategiyanı (neo-Osmanlıçılıq, azərbaycançılıq, ərazi bütövlüyünün bərpası) həyata keçirməyə ciddi cəhd göstərən dövlətlər meydana gəldi.

Qərbin cavabı, mütləq olacaq: sərt və amansız. Bu, qiyamçı ölkələri, xalqları, onların dinlərini və mədəniyyətlərini mediada rüsvay etməkdən ibarət olacaqdır. Çevrilişlərin hazırlanmasından və keçirilməsindən. Texnologiya və bilik mübadiləsini məhdudlaşdırmaqdan. Elitanı korrupsiyalaşdırmaqdan. İqtisadi sanksiyalardan. Birbaşa hərbi işğaldan.

İmperializm amansızdır. Təəssüf ki, hələlik Rusiya daha çox Qərb imperialist məkanının bir hissəsidir. Buna görə də, Rusiya mediasının niyə belə ermənipərəst mövqeyə malik olduğu barədə sadəlövh sualın birmənalı cavabı var - çünki onlar Qərbin təbliğat maşınının bir parçasıdırlar və onlar üçün Azərbaycan xalqının suverenliyi "qərb sivilizasiyasına qarşı üsyan edən tayfaların qiyamıdır".

Ancaq mən Azərbaycana “sağ ol” deyirəm, Rusiyanın nümunə götürəcəyi kimsə var. Yol göstərilir, buyurun.
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.