"Bu işlə Dağlıq Qarabağda Rusiyanın Fövqəlada Hallar Nazirliyi məşğul olur- Məgər, Dağlıq Qarabağ Rusiyaya məxsusdur?"

23-11-2020, 07:06           
"Bu işlə Dağlıq Qarabağda Rusiyanın Fövqəlada Hallar Nazirliyi məşğul olur-
Qəribə vəziyyət yaranıb. Yazırsan ki, Rusiyanın müdafiə naziri ilə Ermənistan müdafiə naziri Dağlıq Qarabağda sülhməramlı qüvvələrin fəaliyyətinin tənzimlənməsinə dair müqavilə imzalayıb, hətta bizimlə oxşar müqaviləni imzalamağa da ehtiyac görməyiblər, rəy yazıb soruşurlar ki, siz hardan bilirsiniz ki, bizimlə eyni müqavilə imzalanmayıb, bəlkə imzalanıb, sadəcə açıqlamırlar. Prezident özü bilər, nəyi açıqlayır, nəyi yox!
Teref.az xəbər verir ki, bunu politoloq Qubad İbadoğlu yazır.
Daha sonra politoloq davam edir, yazırsan ki, Paşinyan hazırda Azərbaycanın nəzarətində olan ərazilərə ermənilərin qayıtması barədə Lavrovla müzakirə aparıb və Lavrov da deyib ki, bu istiqamətdə bütün məsələləri Rusiyanın Xankəndində olan mini höküməti Humanitar Mərkəzi həll edəcək, rəy yazıb soruşurlar ki, siz hələ də Paşinyana inanırsınız?
İndi yazıram ki, Rusiya dünən İl-76 təyyarələri ilə Dağlıq Qarabağdakı sülhməramlı əməliyyat zonasına mühəndis avadanlıqları və texnika gətirib. Texnikadan yaşayış məntəqələrində yolların və infrastrukturun təmizlənməsi üçün istifadə ediləcəklər. Soruşacam ki, sülhməramlılara bu işin nə dəxli var, rusların əvəzinə "mühəndis trollar" cavab verəcək.
İndi yazıram ki, Rusiyadan Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşaiyəti təşkil olunub və Xankəndinə və guya həm də Şuşaya tikinti materialları göndərilib. Soruşacam ki, bu nə deməkdir, yolları açdılar ki, ruslar ermənilərə yardımı tez və qısa yolla çatdırsınlar, "humanist trol"lar cavab verəcək ki, burda nə var ki, buna sevinmək lazımdır, siz niyə belə bədbin məlumatlar yayırsınız, nikbin olun.
Mən müharibə dövründə nikbin idim, çünki ordumuza və xalqımıza güvənirdim, hər gün də xoş xəbərlər yayırdım.
Amma rusların ayağı bizim torpaqlara dəyəndən bəri optimist deyiləm, sadəcə realistəm, gerçək olanları paylaşıram, istəyirəm ki, həqiqətləri paylaşım, hətta nəyin və niyə baş verdiyini başa düşənlər az olsa da.
Torpağımıza ruslar deyil, fransızlar, amerikalılar, farslar da gəlsə də eyni mövqe nümayiş etdirərdim, yeganə türklərin gəlişinə sevinərdim.
P.S. Buyurun, foto bölməsinə baxın və nə qədər istəyirsiniz sevinin, bayram edin, istəyirsiniz, rus bayraqlarını da götürün ermənilərə humanitar yardım adı ilə nə apardıqlarını bilmədiyimiz yük maşınlarını müşaiyyət edin, amma bilin ki, mən buna sevinə bilmirəm və sevinə bilməyəcəm də.
P.P.S. Azərbaycan mətbuatı humanitar yadımın Xankəndinə və Şuşaya aparıldığını yazıb. Baxın, Yandex.ru saytı yazır ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin humanitar yükü olan ikinci karvanı Rostov vilayətindən Qarabağa hərəkət edib və konvoy Stepanakertə 45 ton humanitar yardım çatdırıb. Sputnik.ru yazır ki, Stepanakertə çatdırlan yük maşınları ermənilər yaşadığı evlərin bərpasında istifadə olunacaq. Bu işlə Dağlıq Qarabağda Rusiyanın Fövqəlada Hallar Nazirliyi məşğul olur. Məgər, Dağlıq Qarabağ Rusiyaya məxsusdur?
P.P.P.S. Rus mənbələri heç bir yerdə Şuşaya humanitar yardım aparıldığını qeyd etmədiyi halda Azərbaycan mətbuatı Xankəndi ilə yanaşı Şuşanı da yazmaqla xalqı aldatmaqla məşğuldur. Buna necə susmaq və sevinmək olar?
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.