Əgər Xankəndi hava limanında sərnişinlərə vizanı biz verərdiksə, pasport və gömrük yoxlamasını .....

26-11-2020, 09:28           
Əgər Xankəndi hava limanında sərnişinlərə vizanı biz verərdiksə,  pasport və gömrük yoxlamasını .....
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib ki, Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları beynəlxalq reyestrə salınacaq. Əvvala, Füzulidə və Ağdamda nəinki hava limanı heç daş-daş üstə qalmayıb. Yeni aeroportun tikilməsi də bir neçə il sürə bilər. Belə olan halda Xankəndi hava limanına beynəlxalq aerport statusu verilməsi bilirsiniz nə deməkdir?
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır ki, bu o deməkdir ki, onlar müstəqil olaraq dünyanın istənilən yerinə uça və eyni zamanda istənilən xarici ölkədən birbaşa qonaq və turist, yük və poçt qəbul edə biləcəklər.
P.S. Xatırladım ki, 2017-ci ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş Argentinalı milyarder Eduardo Ernekyanun maliyyə dəstəyi ilə Xocalı aerportunun yerində Xankəndi hava limanı tikilib. O zaman Azərbaycan bu aerporta enmək istəyən təyyarələri vurmağa haqqı olduğunu bildirmişdi. Çünki, beynəlxalq hüquqa görə həmin ərazilərdəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub və Azərbaycanın razılığı olmadan ora xaricdən təyyarələr uça bilməz. İndiyə qədər də Azərbaycanın razılığı olamdığına görə, bu aeroportu Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tanımırdı. Artıq razılıq verilib, bundan sonra Fransadan, ABŞ-dan ermənilər birbaşa Xankəndinə uça və ya yük göndərə bilərəklər.
P.P.S. Əgər Xankəndi hava limanında sərnişinlərə vizanı biz verərdiksə, pasport və gömrük yoxlamasını Azərbaycan sərhəd və gömrük xidməti həyata keçirərdisə, onda bunu alqışalayardım. Amma mən bildiyim qədər bu xidmətləri əvvəlki kimi ermənilər edəcək.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.