Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib

27-11-2020, 06:05           
Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb və Qarabağdakı vəziyyəti onunla müzakirə edib.

APA xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Son bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Laçın dəhlizindəki yaşayış yerləri, itkin düşənlərlə bağlı problemi, axtarış əməliyyatlarını, məhkumların və həlak olanların cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik”, - deyə Paşinyan öz paylaşımında bildirib.

Onun sözlərinə görə, belə müzakirələr mütəmadi, bəzən gündə bir neçə dəfə aparılır: “Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru