Paşinyan bunları müzakirə etmək əvəzinə yenə də Qarabağla bağlı Putinlə danışıqlar aparır

27-11-2020, 07:40           
Paşinyan bunları müzakirə etmək əvəzinə yenə də Qarabağla bağlı  Putinlə danışıqlar aparır
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb, bununla qürrələnən Paşinyan Facebook səhifəsində Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb: "Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə etdik."
Teref.az xəbər verir ki, bunu politoloq Qubad İbadoğlu yazır. Daha sonra Qubad İbadoğli yazır:
Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, parlamentdə bir-birlərini söyürlər, küçələrdə etirazçılar əlindən tərpənmək olmur. Paşinyan bunları müzakirə etmək əvəzinə yenə də Qarabağla bağlı Putinlə danışıqlar aparır, görəsən hər ikisi Azərbaycana qarşı yenə nə məkrli planlar qurublar.
Hesab edirəm ki, ən qısa müddətdə xüsusilə Şuşa və Xocavəndin Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə hərbi istehkamlar qurulmalı və mövqelər möhkəmləndirilməli, texnika və silah təchizatı tam komplektləşdirilməlidir. Rusa güvənmək olmaz.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.