Bəs Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran kimindir?

2-12-2020, 00:03           
Bəs Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran kimindir?
"Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi."
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazıb.
Daha sonra Qubad İbadoğlu yazır ki, "Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"
Mənbə: Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalqa müraciəti, 01 dekabr 2020-ci il
P.S. Təəssüf ki, Laçın rayon mərkəzi və bəzi kəndlər dəhlizə görə bugün qaytarılmadı. Yeni yol çəkiləndən sonra qaytarılacaq. Odur ki, həmin yaşayış məntəqələrinin sakinləri yaxın 3 ilədək yurdlarına qayıda bilməyəcək. Eyni zamanda, sual olunur ki, yeni yol yalnız ermənilərə Dağlıq Qarabağa gedib-gəlmək üçün lazımdırsa, nədən onu Azərbaycan tikməli və ya xərcini çəkməlidir?
P.P.S. Sonuncu cümlədə "həmişə" ifadəsi də narahatlıq yaradır.
P.P.P.S. Bəs Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran kimindir?
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.