Təhsildə "Sinqapur" modelinə keçib, məsələn, məhkəmədə "Xırdalan", seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz

2-12-2020, 23:24           
Təhsildə "Sinqapur" modelinə keçib, məsələn, məhkəmədə "Xırdalan", seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz
Təhsil Nazirliyi dərsliklərdə və tədrisdə "Sinqapur modelinə" keçəcəyini açıqlayıb - əla, çox pakizə, bəyənilsin, tam səmimi deyirəm, buna çox sevindim.
Amma, təhsil ayrıca bir sahə kimi inkişaf edə, ayrıca bir model kimi təbdiq edilə bilməz - Təhsil ümumi sistemin tərkib hissəsi və əsas baza komponenti olmalıdır.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazıb.
Daha sonra Natiq Cəfərli yazır, yəni, təhsildə "Sinqapur" modelinə keçib, məsələn, məhkəmədə "Xırdalan", seçkidə "Məzahir", iqtisadiyyatda "Gilan" modeli ilə işləmək olmaz, bu mümkün deyil. Yüksək təhsil = Keyfiyyətli kadr. Yaxşı kadr yetişdi, biznes açdı, sabah aparıb saldılar podvala, iki zərbədən sonra Notarius gəldi, adam biznesi devr etdi başqasına, çıxıb məhkəməyə versə, bir "kruq" da podvala düşəcək. Yaxşı, o zaman Sinqapur modeli ilə təhsil alan insan nə etsin - bəli, ölkədən köçəcək, gedib ideyalarını ədalətli məhkəmə olan yerdə həyata keçirməyə çalışacaq. Xub, o zaman biz qonşu ölkələrə yaxşı kadr hazırlamaqla məşğul olacağıq, eləmi?!
Təhsil ən vacib sahədi, çox önəmlidi, amma ayrıca sahə deyil, ümumi sistemin tərkib hissəsidir. Yəni, məhkəmə ədalətli, biznes rəqabətli olmasa, təhsilin urvatlı olmasının mənası yoxdur...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru