Azərbaycan qırmızı xətti keçsəydi Rusiya bizə qarşı dəmir yumruqlarını işə salacaqdı

3-12-2020, 09:58           
Azərbaycan qırmızı xətti keçsəydi Rusiya bizə qarşı dəmir yumruqlarını işə salacaqdı
Putin Əliyevə ultimatum verdi
"İlham Əliyev Xankəndinin bir addımlığında olan ordumuzun hücumunun qarşısını niyə aldı", gözəlim Azərbaycanda bu kimi ittiham xarakterli suallar səsləndirənlər çoxdur. Bu suala cavab "The New York Times" (1 dekabr.2020) qəzetindən gəldi.
Teref.az xəbər verir ki, bunu Elbəyi Həsnli yazır.
Daha sonra Elbəyi Həsənli yazır ki, qəzet Bakıdakı məlumatlı mənbələrə istinadən yazır ki, Rusiya prezidenti Putin İlham Əliyevə ultimatum verdi. Dedi ki, əgər Azərbaycan Şuşanı tutduqdan sonra hərbi əməliyyatları dayandırmasa, Rusiya hərbçiləri prosesə müdaxilə edəcək.
Prosesi bir az da sadə və obrazlı şəkildə izah etmək istərdim. Təsəvvür edin ki, Rusiya Azərbaycan adlı mənzilin qapısını döyür. Sonra qapını yumruqlayır, bağırır, hədələyir. İlham Əliyev başa düşür ki, qapını açmasa, Vladimir Putin qapını sındırıb içəri daxil olacaq. Və bu, Azərbaycana yaxşı bir şey vəd etmir. Ona görə də İlham Əliyev qapını özü açmağa üstünlük verir...
"The New York Times" vurğulayır ki, V.Putinin İlham Əliyevlə sıx şəxsi əlaqələri var. Əlbəttə, bu, yaxşıdır və cənab prezident bu münasibətdən Azərbaycanın xeyrinə maksimum istifadə etdi. Ancaq Rusiya dövlətinin maraqlarını nəzərə almayan İlham Əliyev özü də pis vəziyyətə düşərdi, ölkəni də yaman günə qoyardı. Dayanmaq lazım gələndə yolu davam etdirmək olmaz. Çünki sonrakı addımlar işi ciddi şəkildə korlaya bilərdi. Siyasətçidə fəhm olmalıdır ki, belə incə məqamı göydə tutsun və qırmızı xətti keçməsin...
İlham Əliyev Rusiyanın cızdığı qırmız xəttə çatdı və dayandı. O, qırmızı xətti keçsəydi Azərbaycan fəlakətlə üzləşərdi...
Qəzet bildirir ki, Rusiya Gürcüstan və Ukraynaya qarşı istifadə etdiyi dəmir yumruq taktikasından bu dəfə istifadə etmədi. Daha incə yumşaq güc və gizli hərbi təhdidə üstünlük verdi.
Mən ona da əminəm ki, Azərbaycan qırmızı xətti keçsəydi Rusiya bizə qarşı dəmir yumruqlarını işə salacaqdı. Şükür, yaxşı qurtardıq...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.