"Şəhidlərimiz, vətən müharibəsi əlilləri və iştirakçıları qarşısında digər borclarımızı da xatırlatmaq istərdim."

4-12-2020, 17:54           
"Şəhidlərimiz, vətən müharibəsi əlilləri və iştirakçıları qarşısında digər borclarımızı da xatırlatmaq istərdim."
Bugün saat 12-də şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir, bu harda olmasına baxmayaraq hər kəsin vətəndaşlıq borcudur. Eyni zamanda sizlərlə bərabər mən də ABŞ-da borcumu yerinə yetirmək üçün zamanı gözləyirəm ki, 1 dəqiqəlik sükutla onların xatirəsini yad edim və ruhlarına fatihə deyim.
Teref.az xəbər verir kii, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır ki, bununla yanaşı şəhidlərimiz, vətən müharibəsi əlilləri və iştirakçıları qarşısında digər borclarımızı da xatırlatmaq istərdim. Hesab edirəm ki, dövlət də, biznes də, imkanlı şəxslər də onların qayğısını çəkməlidir. Burda əsas məsuliyyət dövlətin üzərinə düşür. Hesab edirəm ki, şəhid ailəsində böyüyən uşağa 16 yaşına qədər 21 manat, müharibə əlili ailəsində böyüyən uşağa 16 yaşına qədər 15 manat əlavə ödəniş edilməsinə son qoyulmalıdır. Rəsmi məlumatlara görə, Azərbaycanda 1-ci Qarabağ müharibəsində 13560, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesablamalarına görə, Aprel döyüşlərində 95 nəfər, 20 yanvarda 147 nəfər, 2-ci Qarabağ müharibəsində 2783 nəfər, ümumilikdə 16585 şəhid vardır. 1-ci Qarabağ müharibəsində şəhid olanların ailəsində böyüyən uşaqların yaşı 16-nı çoxdan ötüb, belə olan halda şəhid uşaqları üçün nəzərdə tutulan ödənişə büdcədən cüzi məbləğdə vəsait ayrılır. Odur ki, həm şəhid ailələri və həm də əlillərin uşaqları üçün nəzərdə tutulan aylıq 21 manat və 15 manat uşaqlar üçün yaşayış minimunun dəyərinə (2020-ci il üçün 170 manata) qədər atırılmalıdır. Eyni zamanda şəhid ailələrinə , müharibə əillərinə birdəfə ödənilən sığorta məbləği də ən azı 3 dəfə artırılmalıdır.
Nəhayət, şəhid ailəsinə verilən 300 manat prezident təqaüdü, əlillik dərəcindən asılı olaraq ödənilən 210 -250 manat və müharibə iştirakçısına ödənilən 80 manat müavinətlər də dəfələrlə artırılmaldır. Hesab edirəm ki, bütün bunlar 2021-ci ilin dövlət və Sosial Müdafiə Fondunun büdcəsinin formalaşdırılması zamanı nəzərə alınmalıdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.