Şərəfsiz əbləhlər peyda olublar- Yaralı qazi üçün yığılan pulları valideyninin başını aldadaraq kartdan çəkiblər...

4-12-2020, 20:07           
Şərəfsiz əbləhlər peyda olublar-
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Nurlan Cəfəri SOS!!siqnalı verərək, çox ağır bir xəbər haqqında status paylaşıb. Statusu diqqətinizə çatdırırq:
"Nurlan Ceferi:
Belə şərəfsizlik, belə alçaqlığ olmaz! Dünən qazimiz Azadov Ülvi İlham oğlunun uğurlu əməliyyat olduğu haqqında məlumat vermişdim. Bu gün atası zəng edib qazimiz üçün yığılan yardımın kartdan çəkildiyini bildirir. Ümid haqqında ilk dəfə yazanda da demişdim, çox pis durumdadırlar, atası oğlunu xəstəxanada ziyarət etməyə gəlmək üçün pul tapa bilmir, dostlardan biri onun yolxərcini, digəri qalmağa yerini təşkil eləyir. Bu dərəcədə kasıb ailənin pulunu mənimsəməyə kimin qeyrəti götürə bilər axı?
Deməli, bu gün 070 810 92 93 telefon nömrəsindən naməlum şəxs zəng edərək yardım etmək istədiyini bildirib, bank kartı istəyib, atası da kartın şəklini göndərib. Daha sonra həmin nömrənin sahibi pulu köçürmək üçün kartın əks tərəfinin şəklinin lazım olduğunu bildirib. Atası da buna ehtiyac olmadığını bilmədiyi üçün göndərib. Hardan ağlına gələ bilər ki, müharibədə qolundan ağır yaralanmış qazinin pulunu kimsə mənimsəsin. Nəysə, az sonra Ümidə mesaj gəlib ki, kartdan 139 manat çəkildi. Bu mesajdan sonra isə bu nömrə indiyəcən heç bir zəngi götürmür.
Belə olmaz, bir azərbaycanlı bu qədər şərəfsiz, mənliksiz ola bilməz, mümkün deyil. Sən onun üçün qolunu fəda elə o sənin mualicən üçün göndərilmiş pulu mənimsəsin. Dəhşətdir daha doğrusu faciə. Əlim ayağım əsir atasının zəngindən bəri. Qazimizin sağlamlığı mənim nəzarətimdə olduğu üçün mən bu durumdan utanıram və özümü günahkar hiss edirəm.
Xahiş edirəm bu məlumatı ictimailəşdirin, bu şərəfsizin nömrəsini qoy hamı tanısın. Polisə müraciət olunub artıq...
Qeyd. Pulu kartdan çəkildiyi üçün mənə müraciət edən ikinci qazidir son 2 gündə...
Sayğılarla...
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti"
Teref.az olkaraq bizdə hüquq mühafizə orqanlarından xahiş edirik ki, bu şəırəfsizləri tapıb layiqli cəzalarını versinlər!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.