Ərdoğan Bakıdan Ermənistan rəhbərliyinə çağırış etdi - VİDEO

10-12-2020, 16:40           
Ərdoğan Bakıdan Ermənistan rəhbərliyinə çağırış etdi - VİDEO
“İllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“İnşallah, ən qısa müddətdə bu qardaşlarımızın həsrətinin sona çatacağına inanırıq. Əziz qardaşlarım, Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin də artıq ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməmiş olsaydı, bu dəqiqə mənzərə tamam fərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda cəsur addımlar atacağına ümid edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə başını qatan, kasıblığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı görülməli, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğacı olacaq.”, - o qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru