İşğaldan azad olunmuş ərazilərdəki müvəqqəti komendantlıqların vəzifəsinə dəyişiklik edilib - FƏRMAN

11-12-2020, 18:33           
İşğaldan azad olunmuş ərazilərdəki müvəqqəti komendantlıqların vəzifəsinə dəyişiklik edilib - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən, müvəqqəti komendantlıqların fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələrinə dəyişiklik edilib.

Beləliklə, hərbi vəziyyətin ləğv edilməsi ilə əlaqədar hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdəki vəzifələri sırasından çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru