"Kapital Bank sənin ucbatından mən evdə COVİD dən müalicə oluna bilmirəm."- Xanım jurnalistin fəryadı...

11-12-2020, 19:01           
"Kapital Bank sənin ucbatından mən evdə COVİD dən müalicə oluna bilmirəm."- Xanım jurnalistin fəryadı...
Teref.az xəbər verir ki, Kapital Bankdan şikayətlər durmadan çoxalır. Müştərilərin əziyyətini azaltmaqdan, dahada çoxaldan Bank həmkarımız xanım jurnalistə də böyük problemlər yaşadır. Jurnalist İlahə Vəliyeva-Hacıyeva Kapital Bankın başına açdığı oyunlardan yazır:
Kapital bank sənin ucbatından mən evdə COVİD dən müalicə oluna bilmirəm. Deməli dekabrın 1 də kapital bank maaş kartımın vaxtı bitdiyindən kartı blokladı.Ayın 29-dan da evdə müalicəyə kapatılmışam. Zəng edirəm banka ki COVİD-19 müalicə alıram evdə bəs bir saatlıq kartımı açın maaşımı çıxarım sonra bağlayın deyillər get notarusa etibarnamə ver kiminsə adına gəlsin kartınızı götürsün.Dedim ay başdan xəstələr elə çölə çıxmaq icazəm olsaydı banka gedib özüm götürərdim da daha notarusa niyə gedirəm. Deyim ki xəstəliyi özümdə hiss etməyə başlayanda hələ test verməmişdən əvvəl 2 gün getdim səhər tezdəndən günortaya kimi gözlədim gördüm hələ 140 -cı adamam. Novbəm sabaha çəkəcək qayıtdım evə.İndi sizdən soruşuram ay Bank mən kartdan maaşımı neçə götürüm ki,müalicəmi davam etdirim.
Daha sonra xəstə xanım jurnalist yazır:
Məcbur qalıb özüm gedəcəm bu vəziyyətdə banka görüm necə nəfər yoluxacaq o zaman bunun bədəlini kim ödəyəcək.!!! Bir dəfə cəhd etdim polis saxladı. Gətirdi evə yola saldı. İkinci dəfə cəhd etmək məcburiyyətindəyəm o zaman saxlasalar artıq cinayət işi açılacaq... İndi mən olmayım siz olun mən oturum evdə koronadan ölüm???? Müalicəm yarımçıq qalıb axı!!!!
Dedilər 102 yə de sahə müvəkkili gedib həll edə bilir o da 102 dedi bizlik məsələ deyil. Hətta Sumqayıtın Polis rəisinin müavini Hüseyn beyi də məsələdən xəbərdar etdim dedi 1 günə həll olunacaq.3 gün keçib artıq. İnsafınız olsun Kapital bank öz pulumu istəyirəm eee halal maaşımı imkan verin çıxarım kartdan!!!!
Teref.az olaraq Kapital Bank-ın mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.