Azərbaycanın siyasi partiyaları, ictimai təşkilatları və ictimai xadimləri tərəfindən Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması tələb edilir
12-12-2020, 08:13

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması tələb edilir
Azərbaycanın siyasi partiyaları, ictimai təşkilatları və
ictimai xadimləri tərəfindən
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və
Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına,
Birləşmiş Millətlər Təşkilatına,
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə,
Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
ATƏT-in Parlament Assambleyasına,
Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna,
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO),
NATO Parlament Assambleyasına,
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına,
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət göndərilib.
Müraciəti:
- Hacıbaba Əzimov, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, Milli Məclisin sabiq deputatı, professor
- Əli Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri, dosent
- Əhməd Oruc, Azadlıq Partiyasının sədri
- Mirmahmud Mirəli oğlu, Klassik Xalq Partiyasının sədri, Milli Məclisin sabiq deputatı
- Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı
- Qubad İbadoğlu, Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ Rutgers Universitetinin professoru
- Əli Əskərov, ABŞ-ın Şimalı Karolina Universitetinin professoru
- Tofiq Şahtaxtinski, texnika elmləri doktoru, professor
- Əli Mustafayev, Demokraik Dəyişim Platformasının rəhbəri
- Ərəstin Oruclu, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri
- İlham İsmayıl, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri
- İsmail Şahtaxtinski, Hüquq doktoru, Amerika Vəkillər Kolleqiyasının Üzvü
- Qulu Məhərrəmli, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri, professor
- Zəlimxan Məmmədli, Beynəlxalq “Borçalı” Cəmiyyətinin rəhbəri
- Arif Acaloğlu, Milli Hərəkatçılar Birliyinin sözçüsü, Filologiya elmləri üzrə fəlsəfə doktoru imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və
ictimai xadimləri tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun işğalçı Ermənistana və onun himayə etdiyi separatçı –terrorçu Dağlıq Qarabağ rejiminə qarşı həyata keçirdiyi antiterror əməliyyatı – Vətən müharibəsi nəticəsində cəmi 44 gün ərzində işğal olumuş ərazilərimizin böyük hissəsi, o cümlədən ölkəmizin mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistanın işğalından azad edildi. Bu tarixi zəfər Azərbaycan xalqının müzəffər Ordumuza, dövlət hakimiyyətinə böyük dəstəyi və qardaş Türkiyə dövlətinin misilsiz siyasi-hüquqi və hərbi-texniki yardımı sayəsində əldə olundu. Bu tarixi nailiyyətlər xalqımızda böyük sevinc və qürur hissi doğurur. Son vaxtlarda qəhrəman Türkiyə Ordu hissələrinin Qarabağa gətirilməsi xalqımızın ölkəmizin gələcəyinə, xarici qəsbkarlar üzərində tam və qəti qələbəsinə ümid və inamını daha da artırmışdır.Məhz bu çox xoş hisslərlə Sizə müraciət edirik.
Biz, bu sənədi imzalayan şəxslər belə hesab edirik ki, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-anlaşma nəticəsində ölkəmizin cənnət guşələrindən Ağdam, Kəlbəcər və Laçın rayonlarının da düşməndən təmizlənməsi, Naxçıvana dəhliz -yolun açılmasının nəzərdə tutulması Azərbaycan ordusunun möhtəşəm qələbələrinin məntiqi nəticəsidir. Lakin həmin üçtərəfli anlaşmanı əsas tutaraq Rusiya qoşunları çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilərək dəqiq təsvir olunmayan "təmas xəttində" və 5 km. enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilmiş və keçmiş “Dağlıq Qarabağ vilayəti”ndə yaradıılmış separatçı rejimi dirçəltmək üçün fəaliyyətə başlamışdır.
Tarixi faktlar subut edir ki, son 30 ilə yaxın müddət ərzində Rusiya “sülhməramlı qüvvə” adı altında hərbi kontingent göndəriyi bütün postsovet ölkələrində, o cümlədən Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetski və Luqanski bölgələrində işğalçılıq və ilhaq siyasəti həyata keçirmiş və keçirir. Qeyd etməliyik ki, keçmiş Sovetlər İttifaqının 366-cı motoatıcı alayı da ilk dəfə “sülhməramlı” adı altında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. SSRİ-nin süqutundan sonra Rusiya silahlı qüvvələrinin nəzarəti altına keçən həmin hərbi birləşmə 1992-ci il fevralın 26-da erməni terrorçuları ilə birlikdə Qarabağın Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı vəhşi soyqırım törədilməsində iştirak etmişdir.
Yuxarıda göstərilən Bəyanat-anlaşma əsasında hazırda Rusiya silahlı qüvvələrinin “sülməramlı qüvvə” adı altında Azərbaycan ərazisində fəaliyyəti milli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tamamilə zidd, qanunsuz aktdır. Bunu aşağıdakı hüquq normaları açıq-aydın subut edir:
1. Ölkəmizin qanunvericilik aktlarına görə üç dövlət başçısının imzaladığı “anlaşma sənədi”nin Azərbaycanda heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovet (parlament) tərəfindən qəbul edilən və az sonra referendum yolu ilə xalq tərəfindən təsbit olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” 12-ci maddəsinə görə, “dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır”. Bundan başqa Konstitusiya Aktının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir”, “Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlərlərə və dövlət ittifaqlarına vermir”. Bu müddəalardan aydın şəkildə görünür ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Azərbaycana gətirilməsi və onların Qarabağda “təmas xətti” boyunca ərazilərimizə nəzarət etməsi həmin yerlərdə Azərbaycan dövlətinin suveren hakimiyyətini məhdudlaşdırır. Bu məhdudlaşdırıcı hallar isə azad surətdə keçirilən referendum yolu ilə bütün Azərbaycan xalqının razılığı (referendum) əsasında həyata keçirilmədiyinə görə xalqımızın iradəsinə zidd, işğalçılıq aktıdır.
2. Beynəlxalq hüquqa əsasən hər hansı ölkədə sülhməramlı qüvvələrin yerləşdirilməsi BMT-nin Təhlükəsizlik Şurasının qərarı və mandatı ilə həyata keçirilməlidir. BMT sülhməramlıları olmayan missiyalar da öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, qərəzsiz və tərəfsiz olmalı, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir. Lakin Ermənistanla hərbi ittifaq bağlayan Rusiyanın münaqişə zonasında qərəzsiz və tərəfsiz missiya ilə çıxış etməsi mümkünsüz olduğuna görə onun Azərbaycanın yurisdiksiyasına aid olan Dağlıq Qarabağa “sülhməramlılar” adı altında qoşun yeritməsi BMT-nin müəyyən etdiyi baza prinsiplərinə ziddir və qanunsuzdur.
Rusiya “sülhməramlıları” qısa vaxt ərzində keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində milli və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqla və həmin bölgədə işğalçılıq hərəkətlərinə yol verməklə ölkəmizin dövlət müstəqilliyi və suverenliyi üçün ciddi təhlükələr yaratmışdır. Bunu aşağıdakı hallardan və faktlardan aydın şəkildə görmək olar:
1. Rusiya qoşunları sülhməramlı fəaliyyətlə bir araya sığmayan hərbi döyüş silahları ilə təchiz olunaraq faktiki olaraq Dağlıq Qarabağda hərbi baza qismində fəaliyyət göstərir.
2. Rusiya hökuməti Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq “sülhməramlıların” fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan hakimiyyəti ilə deyil, işğalçı Ermənistan höküməti ilə anlaşmalar imzalayır.
3. Azərbaycan Respublikasının Sovet İttifaqının və ya Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olmasına, Sovet dövrünün qanunları və inzibati aktlarının müstəqil Azərbaycan Respublikasında hüquqi qüvvəsini itirməsinə, Konstitusiya Aktının 4-cü maddəsini əsas tutaraq ölkə parlamentinin qərarı ilə 1991-ci ildə “Dağlıq Qarabağ muxtar vilayəti”nin ləğv edilməsinə, bəzi rayonların inzibati- ərazi vahidlərində dəyişikliklər edilməsinə baxmayaraq, Rusiya “sülhməramlıları” öz missiyasını aşaraq və ölkə qanunvericilik aktlarının tələblərini kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağın Sovet dövrünə aid inzibati xəritəsi əsasında Kəlbəcər rayonunun inzibati-ərazi vahidlərinin bir hissəsini, o cümlədən onun zəngin qızıl mədəninin yerləşdiyi ərazisini əsasən ermənilərin yaşadığı Ağdərə rayonuna daxil etməyə çalışır ki, bu da dövlətimizin suverenliyinə kobud müdaxilə və cinayət əməlidir.
4. Rusiya “sülhməramlıları” “humanitar dəhliz” yaradılması barəsində razılaşmanı bəhanə edərək Azərbaycanı Laçın şəhərinə və Ermənistanla sərhədin 5 km. eni boyu əraziyə nəzarət etmək hüququndan məhrum etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünün qorunmasına və dövlət sərhədlərinin toxunulmazlığına qarşı qəsd və işğalşılıq aktıdır.
5. Rusiya hökuməti işğalçılıq niyyətlərini reallaşdırmaq məqsədilə keçmiş “Dağlıq Qarabağ vilayət”nə daxil olan rayonların əksər hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməsinə və həmin yerlərdə müvafiq dövlət orqanlarının yaranmasına mane olmağa çalışır.
6. Rusiya “sülhməramlıları” işğalçı Ermənistanla və Dağlıq Qarabağda qurulmuş separatçı rejimin başçıları ilə sıx əməkaşlıq edərək qondarma “DQR”-i dirçəltmək və onu müstəqil dövlət kimi tanıtmaq üçün açıq və gizli fəaliiyyətlər göstərir.
Yuxarıda göstərilən hallar və hüquq normaları subut edir ki, Rusiya “sülhməramlıları”nın Azərbaycana gətirilməsi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın, ölkə Konstitusiyasının və beynəlxalq huququn norma və prinsiplərinə tamamilə ziddir və dövlətimizin suverenliyini məhdudlaşdıran, ölkəmizin müstəqillinə təhlükə yaradan işğal aktıdır və buna görə də bu işğal qoşunları ölkədən çıxarılmalıdır.Bununla bərabər Azərbaycan hakimiyyəti dövlət müstəqilliyinin bərpası elan edilənə qədər ölkənin dövlət suverenliyinə və ərazi bütövlüyünə zidd olan aktların Azərbaycanda hüquqi qüvvəsinin olmadığı barəsində Konstitusiya Aktının 4-cü maddəsinə istinad edərək Rusiya ilə Ermənistan arasında bağlanılmış 2 dekabr 1920 ci il tarixli hərbi-siyasi müqavilə əsasında Ermənistanın tərkibinə verilən Zəngəzur qəzasının, sonralar Sovetlər İttifaqının ermənipərəst rəhbərliyinin tapşırıqları və qərarları ilə Ermənistana “bağışlanan” digər ərazilərimizin qaytarılmasını tələb etməkdə haqlıdır və bu istiqamətdə gərəkli addımlar atmalıdır.
Hörmətli cənab prezident,
Biz, bu müraciəti imzalayan siyasi partiyalar, ictimai təşkilatlar və ictimai xadimlər yuxarıda göstərilən halları, ölkəmizin milli qanunvericilik aktlarının və beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq və xalqımızın ali mənafeyini və iradəsini ifadə edərək Azərbaycan hakimiyyətini aşağıdakı təkliflərimizi təxirə salmadan həyata keçirməyə çağırırıq:
1. Rusiya “sülhməramlıları”nın Azərbaycan Respublikasının ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı yönəldilmiş bütün hərəkətlərinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilsin.
2. Rusiya “sülhməramlıları”nın və erməni separatçılarının nəzarəti altında olan Xankəndində və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqlarının və müvafiq dövlət orqanlarının fəaliyyətinin bərpa olunması ilə bağlı təxirəsalınmaz tədbirlər görülsün.
3. Türkiyə Cumhuriyyətinin hərbi kontingentinin keçmiş Dağlıq Qarabağ vilayətini əhatə edən ərazilərdə yerləşdirilməsi və onun Azərbaycanın hərbi birləşmələri ilə birgə həmin ərazilərdə atəşkəsə və dinc yaşayışa nəzarəti təmin etməsi üçün müvafiq saziş və müqavilələr bağlanılsın.
4. “Sülhməramlı” missiya ilə bir araya sığmayan qanunsuz əməllərə yol verdiyinə, işğalçı Ermənistanla və qondarma “DQR”-in separatçı-terrorçu rejiminin başçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə və Azərbaycan dövlətinin suveren hüquqlarını pozduğuna görə Rusiyanın hərbi qüvvələri təxirə salınmadan ölkə ərazisindən çıxarılsın.
5. Milli və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla Sovet İttifaqının mərkəzi orqanları tərəfindən Ermənistanın tərkibinə verilən Zəngəzur qəzasının və digər ərazilərin Konstitusiya Aktının 4-cü maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə bağlı siyasi və hüquqi-siyası tədbirlər hazırlanıb həyata keçirilsin.
-------------------------------------------------------------------
Türkiyə Cumhuriyyətinin Prezidenti
möhtərəm Rəcəb Tayyib Ərdoğan cənablarına
Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və
ictimai xadimləri tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında qardaş Türkiyə xalqının və dövlətinin əldə etdiyi tarixi nailiyyətlər xalqımızda böyük sevinc və qürur hissi doğurur, Türkiyənin və bütün türk dünyasının parlaq gələcəyinə inamını daha da yüksəldir. Son vaxtlarda qəhrəman Türkiyə Ordu hissələrinin Qarabağa gətirilməsi xalqımızın xarici qəsbkarlar üzərində tam və qəti qələbəsinə ümid və inamını daha da artırmışdır.Məhz bu çox xoş və ülvi hisslərlə Sizə müraciət edirik.
Xatırladırıq ki, Azərbaycan Respublikasının ərazisinin 20 faizə qədər hissəsini işğal edən və əhaliyə qarşı amansız terror əməliyyatları həyata keçirən Ermənistan Minsk qrupunun həmsədrləri olan Rusiya və Fransanın ermənipərəst mövqe tutmasından yararlanaraq 2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, bütün təmas xətti boyunca və ondan xeyli kənarda Azərbaycanın mülki obyektlərini böyük çaplı silahlardan, minomyotlardan, artilleriya qurğularından və ballistik raketlərdən atəşə tutub. Lakin Azərbaycan Ordusunun işğalçı Ermənistana və onun himayə etdiyi separatçı –terrorçu Dağlıq Qarabağ rejiminə qarşı həyata keçirdiyi antiterror əməliyyatı – Vətən müharibəsi nəticəsində cəmi 44 gün ərzində işğal olumuş ərazilərimizin böyük hissəsi, o cümlədən ölkəmizin mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistanın işğalından azad edildi. Bu tarixi zəfər Azərbaycan xalqının müzəffər Ordumuza, dövlət hakimiyyətinə böyük dəstəyi və qardaş Türkiyə dövlətinin misilsiz siyasi-hüquqi və hərbi-texniki yardımı sayəsində əldə olundu.
Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş Naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-anlaşma nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları da düşməndən təmizləndi. Bununla bərabər həmin üçtərəfli anlaşmanı əsas tutaraq Rusiya qoşunları çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilərək dəqiq təsvir olunmayan "təmas xəttində" və 5 km. enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilmiş və keçmiş “Dağlıq Qarabağ vilayəti”ndə yaradıılmış separatçı rejimi dirçəltmək üçün fəaliyyətə başlamışdır.
Tarixi faktlar subut edir ki, son 30 ilə yaxın müddət ərzində Rusiya “sülhməramlı qüvvə” adı altında hərbi kontingent göndəriyi bütün postsovet ölkələrində, o cümlədən Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetski və Luqanski bölgələrində işğalçılıq və ilhaq siyasəti həyata keçirmiş və keçirir. Xatırladırıq ki, keçmiş Sovetlər İttifaqının 366-cı motoatıcı alayı da ilk dəfə “sülhməramlı” adı altında Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. SSRİ-nin süqutundan sonra Rusiya silahlı qüvvələrinin nəzarəti altına keçən həmin hərbi birləşmə 1992-ci il fevralın 26-da erməni terrorçuları ilə birlikdə Qarabağın Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı vəhşi soyqırım törədilməsində iştirak etmişdir.
Göstərilən Bəyanat-anlaşma əsasında hazırda Rusiya silahlı qüvvələrinin “sülməramlı qüvvə” adı altında Azərbaycan ərazisində fəaliyyəti milli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tamamilə zidd, qanunsuz aktdır. Bunu aşağıdakı hüquq normaları açıq-aydın subut edir:
1. Ölkəmizin qanunvericilik aktlarına görə üç dövlət başçısının imzaladığı “anlaşma sənədi”nin Azərbaycanda heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovet (parlament) tərəfindən qəbul edilən və az sonra referendum yolu ilə xalq tərəfindən təsbit olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının” 12-ci maddəsinə görə, “dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır”. Bundan başqa Konstitusiya Aktının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir”, “Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlərlərə və dövlət ittifaqlarına vermir”. Bu müddəalardan aydın şəkildə görünür ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Azərbaycana gətirilməsi və onların Qarabağda “təmas xətti” boyunca ərazilərimizə nəzarət etməsi həmin yerlərdə Azərbaycan dövlətinin suveren hakimiyyətini məhdudlaşdırır. Bu məhdudlaşdırıcı hallar isə azad surətdə keçirilən referendum yolu ilə bütün Azərbaycan xalqının razılığı (referendum) əsasında həyata keçirilmədiyinə görə xalqımızın iradəsinə zidd, işğalçılıq aktıdır.
2. Beynəlxalq hüquqa əsasən hər hansı ölkədə “sülhməramlı qüvvələrin” yerləşdirilməsi BMT-nin Təhlükəsizlik Şurasının qərarı və mandatı ilə həyata keçirilməlidir. BMT sülhməramlıları olmayan missiyalar da öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, qərəzsiz və tərəfsiz olmalı, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir. Lakin Ermənistanla hərbi ittifaq bağlayan Rusiyanın münaqişə zonasında qərəzsiz və tərəfsiz missiya ilə çıxış etməsi mümkünsüz olduğuna görə onun Azərbaycanın yurisdiksiyasına aid olan Dağlıq Qarabağa “sülhməramlılar” adı altında qoşun yeritməsi BMT-nin müəyyən etdiyi baza prinsiplərinə ziddir və qanunsuzdur.
Rusiya “sülhməramlıları” qısa vaxt ərzində keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində milli və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqla və həmin bölgədə işğalçılıq hərəkətlərinə yol verməklə ölkəmizin dövlət müstəqilliyi və suverenliyi üçün ciddi təhlükələr yaratmışdır. Bunu aşağıdakı hallardan və faktlardan aydın şəkildə görmək olar:
1. Rusiya qoşunları sülhməramlı fəaliyyətlə bir araya sığmayan hərbi döyüş silahları ilə təchiz olunaraq faktiki olaraq Dağlıq Qarabağda hərbi baza qismində fəaliyyət göstərir.
2. Rusiya hökuməti Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq “sülhməramlıların” fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan hakimiyyəti ilə deyil, işğalçı Ermənistan höküməti ilə anlaşmalar imzalayır.
3. Azərbaycan Respublikasının Sovet İttifaqının və ya Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olmasına, Sovet dövrünün qanunları və inzibati aktlarının müstəqil Azərbaycan Respublikasında hüquqi qüvvəsini itirməsinə, Konstitusiya Aktının 4-cü maddəsini əsas tutaraq ölkə parlamentinin qərarı ilə 1991-ci ildə “Dağlıq Qarabağ muxtar vilayəti”nin ləğv edilməsinə, bəzi rayonların inzibati- ərazi vahidlərində dəyişikliklər edilməsinə baxmayaraq, Rusiya “sülhməramlıları” öz missiyasını aşaraq və ölkə qanunvericilik aktlarının tələblərini kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağın Sovet dövrünə aid inzibati xəritəsi əsasında Kəlbəcər rayonunun inzibati-ərazi vahidlərinin bir hissəsini, o cümlədən onun zəngin qızıl mədəninin yerləşdiyi ərazisini əsasən ermənilərin yaşadığı Ağdərə rayonuna daxil etməyə çalışır ki, bu da dövlətimizin suverenliyinə kobud müdaxilə və cinayət əməlidir.
4. Rusiya “sülhməramlıları” “humanitar dəhliz” yaradılması barəsində razılaşmanı bəhanə edərək Azərbaycanı Laçın şəhərinə və Ermənistanla sərhədin 5 km. eni boyu əraziyə nəzarət etmək hüququndan məhrum etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünün qorunmasına və dövlət sərhədlərinin toxunulmazlığına qarşı qəsd və işğalşılıq aktıdır.
5. Rusiya hökuməti işğalçılıq niyyətlərini reallaşdırmaq məqsədilə keçmiş “Dağlıq Qarabağ vilayət”nə daxil olan rayonların əksər hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməsinə və həmin yerlərdə müvafiq dövlət orqanlarının yaranmasına mane olmağa çalışır.
6. Rusiya “sülhməramlıları” işğalçı Ermənistanla və Dağlıq Qarabağda qurulmuş separatçı rejimin başçıları ilə sıx əməkaşlıq edərək qondarma “DQR”-i dirçəltmək və onu müstəqil dövlət kimi tanıtmaq üçün açıq və gizli fəaliiyyətlər göstərir.
Yuxarıda göstərilən hallar və hüquq normaları subut edir ki, Rusiya “sülhməramlıları”nın Azərbaycana gətirilməsi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın, ölkə Konstitusiyasının və beynəlxalq huququn norma və prinsiplərinə tamamilə ziddir və dövlətimizin suverenliyini məhdudlaşdıran, ölkəmizin müstəqillinə təhlükə yaradan işğal aktıdır və buna görə də bu işğal qoşunları ölkədən çıxarılmalıdır. Bununla bərabər Azərbaycan hakimiyyəti dövlət müstəqilliyinin bərpası elan edilənə qədər ölkənin dövlət suverenliyinə və ərazi bütövlüyünə zidd olan aktların Azərbaycanda hüquqi qüvvəsinin olmadığı barəsində Konstitusiya Aktının 4-cü maddəsinə istinad edərək Rusiya ilə Ermənistan arasında bağlanılmış 2 dekabr 1920 ci il tarixli hərbi-siyasi müqavilə əsasında Ermənistanın tərkibinə verilən Zəngəzur qəzasının, sonralar Sovetlər İttifaqının ermənipərəst rəhbərliyinin tapşırıqları və qərarları ilə Ermənistana “bağışlanan” digər ərazilərimizin qaytarılmasını tələb etməkdə haqlıdır və bu istiqamətdə gərəkli addımlar atmalıdır.
Möhtərəm cənab Prezident!
Biz, bu müraciəti imzalayan siyasi partiyalar, ictimai təşkilatlar və ictimai xadimlər ölkəmizin milli qanunvericilik aktlarının və beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq və xalqımızın ali mənafeyini və iradəsini ifadə edərək Sizi, möhtərəm Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyiniz qardaş Türkiyə hökumətini Azərbaycan hakimiyyəti ilə birlikdə aşağıdakı təkliflərimizin təxirə salınmadan həyata keçirilməsində fəal iştirak etməyə çağırırıq:
1. Rusiya “sülhməramlıları”nın Azərbaycan Respublikasının ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı yönəldilmiş bütün hərəkətlərinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilsin.
2. Rusiya “sülhməramlıları”nın və erməni separatçılarının nəzarəti altında olan Xankəndində və ətraf ərazilərdə Azərbaycanın suveren hüquqlarının və müvafiq dövlət orqanlarının fəaliyyətinin bərpa olunması ilə bağlı təxirəsalınmaz tədbirlər görülsün.
3. Türkiyə Cumhuriyyətinin hərbi kontingentinin keçmiş Dağlıq Qarabağ vilayətini əhatə edən ərazilərdə yerləşdirilməsi və onun Azərbaycanın hərbi birləşmələri ilə birgə həmin ərazilərdə atəşkəsə və dinc yaşayışa nəzarəti təmin etməsi üçün müvafiq saziş və müqavilələr bağlanılsın.
4. “Sülhməramlı” missiya ilə bir araya sığmayan qanunsuz əməllərə yol verdiyinə, işğalçı Ermənistanla və qondarma “DQR”-in separatçı-terrorçu rejiminin başçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə və Azərbaycan dövlətinin suveren hüquqlarını pozduğuna görə Rusiyanın hərbi qüvvələri təxirə salınmadan ölkə ərazisindən çıxarılsın.
5. Milli və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla Sovet İttifaqının mərkəzi orqanları tərəfindən Ermənistanın tərkibinə verilən Zəngəzur qəzasının və digər ərazilərin Konstitusiya Aktının 4-cü maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə bağlı siyasi və hüquqi-siyası tədbirlər hazırlanıb həyata keçirilsin.
---------------------------------------------------------------------
Birləşmiş Millətlər Təşkilatına
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə
Avropa İttifaqınım Parlamentinə
Avropa Şurasının Parlament Assambleyasına
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
ATƏT-in Parlament Assambleyasına
Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO)
NATO Parlament Assambleyasına
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatına (UNESCO)
Azərbaycanın siyasi partiyaları, ictimai təşkilatları və
ictimai xadimləri tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm cənablar!
1992-1993-cü illərdə Ermənistan hakimiyyəti Rusiyanın hərbi-siyasi köməyi ilə Azərbaycan Respublikasının ərazisinin 20 faizə qədər hissəsini, o cümlədən “Dağlıq Qarabağ muxtar vilayəti”ni və 7 ətraf rayonunu işğal etmiş, həmin ərazilərdə dünyada analoqu olmayan vəhşiliklər törətmiş, əhaliyə qarşı amansız terror əməliyyatları və hərbi cinayətlər həyata keçirmişdir. Bunu aşağıdakı hallar, faktlar və hüquq normaları açıq-aydın subut edir:
1. Təcavüzkar Ermənistan təkcə 1988-ci ildə zorakılıq və terror yolu ilə təxminən 300.000 azərbaycanlını tarixən yaşadığı ve hazırda Ermenistan Respublikasına aid ərazilərdən qovub qaçqın salmış, 1992-1993-cü illərdə işğal etiyi Azərbaycan torpaqlarında total etnik təmizləmə əməliyyatları həyata keçirərək 800 mindən çox azərbaycanlını zorakılıqla doğma yurdlarından çıxarıb məcburi köçkün vəziyyətində yaşamağa məhkim etmişdir.
2. 1992-ci il fevralın 25-dən 26-da keçən gecə erməni terrorçuları Rusiyanın bölgədə olan 366-cı motoatıcı alayının əsgərlərinin iştirakı ilə Qarabağın kiçik Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı vəhşi soyqırım həyata keçirib.Bəşəriyyətə qarşı ağır cinayət əməli olan Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca vəhşiliklə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 nəfər qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
3. Təcavüzkar Ermənistan hakimiyyəti erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi barəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina edərək keçən uzun illər ərzində işğalçılıq siyasətini davam etdirib.
4. Ermənistan vandalları işğal olunmuş Azərbaycan ərazilərində 900 mindən çox yaşayış məntəqəsini, 4.666 sosial və mədəniyyət obyektini, 7.000 ictimai tikilini, 2.389 sənaye və kənd təsərrüfatı obyektini, 1.025 məktəbi, 855 uşaq bağçasını, 4 sanatoriya-kurort kompleksini, 798 tibb müəssisəsini, 927 kitabxananı, 1.510 mədəniyyət müəssisəsini, 598 rabitə obyektini, 83.500-dən çox eksponatı olan 28 muzeyi, 1.891 maddi və mədəniyyət abidəsini, o cümlədən 738 tarixi abidəni məhv edib, hətta qəbiristanlıqlara qarşı vandalizm aktları törədib.
5. İşğalçı Ermənistan tərəfindən qədim və orta əsrlərə aid məscid kompleksləri qarət və talan edilib və təhqir obyektinə çevrilib, eyni zamanda həmin ərazilərdə yerləşən və erməni kilsəsi ilə əlaqəsi olmayan qədim Alban dövlətinin xristian kilsələrinin əmlakları mənimsənilib, görünməmiş həyasızlıqla onların memarlıq xüsusiyyətləri dəyişdirilərək erməni abidələri kimi dünya ictimaiyyətinə təqdim edilib.
6. Minsk qrupunun həmsədrləri olan Rusiya və Fransa vastəçilik missiyasına zidd olaraq mütəmadi şəkildə təcavüzkar Ermənistana hərbi-siyasi dəstək verib və hətta ona mülki təyyarələrlə hücum silahları göndərib. Fransa hakimiyyətinin beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmətsizliyinn , eləcə də müstəmləkəçilik, islamofobiya, antisemitizm, irqçilik və saxta xristian təəssübkeşliyi siyasətinin acı nəticəsidir ki, Fransa Senatı və Milli Məclisi tərəfindən hazırda mövcud olmayan separatçı-terrorçu “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barəsində tövsiyyə xarakterli qətnamələr qəbul edilib.
7. Ermənistan Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasəti, etnik təmizləmə əməliyyatları həyata keçirməklə bir sıra beynəlxalq sənədlərdə, o cümlədən müharibə şəraitində yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması barəsində Cenevrə Konvensiyalarında (1949), silahlı qarşıdurma vəziyyətində mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasında (1954), İnsan Hüquqları Şurasının “Mədəni hüquqlar və mədəni irsin qorunması” haqqında 6 oktyabr 2016-cı il tarixli qətnaməsində, BMT Təhlükəsizlik Şurasının mədəni irsin qorunması ilə bağlı 24 Mart 2017-ci il tarixli, 2347 saylı qətnaməsində əksini tapmış hüquq normaları və prinsiplərini kobud şəkildə pozub və çoxsaylı cinayət əməlləri törədib.
8. Ermənistanın hərbi qüvvələri beynəlxalq hüququn fundamental normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən hərbi əməliyyatlar müddətində Azərbaycanın mülki obyektlərini və döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər və Yevlax rayonlarının yaşayış məntəqələrini artilleriya qurğularından və qadağan olunmuş ballistik raketlərdən atəşə tutub, Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliy üçün strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini bombalayıb. Ermənistanın cəbhə bölgəsindən kənarda mülki obyektlərə raket zərbələri endirməsi nəticəsində 100 mülki şəxs, o cümlədən uşaqlar qətlə yetirilib, 416 nəfər yaralanıb, 548 mülki obyekt, 135 çoxmənzilli yaşayış binası, 4.186yaşayış evi yararsız vəziyyətə salınıb. Ermənistanın dinc əhaliyə qarşı hərbi cinayətlərini Human Rights Watch və digər beynəlxalq insan hüquqları təşkilatları da təsdiq edib.
Xatırladırıq ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş Naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-anlaşmanı əsas tutaraq Rusiya qoşunları çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilərək dəqiq təsvir olunmayan "təmas xəttində" və 5 km. enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilərək keçmiş “Dağlıq Qarabağ vilayəti”ndə yaradıılmış separatçı rejimi dirçəltmək üçün fəaliyyətə başlayıb.
Tarixi faktlar subut edir ki, son 30 ilə yaxın müddət ərzində Rusiya “sülhməramlı qüvvə” adı altında hərbi kontingent göndəriyi bütün postsovet ölkələrində, o cümlədən Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetski və Luqanski bölgələrində işğalçılıq və ilhaq siyasəti həyata keçirmiş və keçirir.
Rusiya silahlı qüvvələrinin “sülməramlı qüvvə” adı altında Azərbaycan ərazisində fəaliyyəti milli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə zidd, qanunsuz aktdır. Bunu aşağıdakı hüquq normaları açıq-aydın subut edir:
1. Ölkəmizin qanunvericilik aktlarının şərtlərinə görə üç dövlət başçısının imzaladığı “Bəyanat-anlaşma” sənədinin Azərbaycanda hüquqi qüvvəsi yoxdur. Belə ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Azərbaycana gətirilməsi və onların Qarabağda “təmas xətti” boyunca ərazilərimizə nəzarət etməsi həmin yerlərdə Azərbaycan dövlətinin suveren hakimiyyətini məhdudlaşdırır. Bu məhdudlaşdırıcı hallar isə “Azırbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsinə görə azad surətdə keçirilən referendum yolu ilə bütün Azərbaycan xalqının razılığı əsasında həyata keçirilə bilər, əks təqdirdə, dövlət suverenliyini məhdudlaşdıran hallar xalqın iradəsinə zidd, qanunsuz aktlardır.
2. Beynəlxalq hüquqa əsasən hər hansı ölkədə “sülhməramlı qüvvələrin” yerləşdirilməsi BMT-nin Təhlükəsizlik Şurasının qərarı və mandatı ilə həyata keçirilməlidir. BMT sülhməramlıları olmayan missiyalar da öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, qərəzsiz və tərəfsiz olmalı, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət etməlidir. Lakin Ermənistanla hərbi ittifaq bağlayan Rusiyanın münaqişə zonasında qərəzsiz və tərəfsiz missiya ilə çıxış etməsi mümkünsüzdür və buna görə də onun Azərbaycanın yurisdiksiyasına aid olan Dağlıq Qarabağa “sülhməramlılar” adı altında qoşun yeritməsi BMT-nin müəyyən etdiyi baza prinsiplərinə ziddir və qanunsuzdur.
Rusiya “sülhməramlıları” qısa vaxt ərzində Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayəti ərazisində milli və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqla və həmin bölgədə işğalçılıq hərəkətlərinə yol verməklə ölkəmizin dövlət müstəqilliyi və suverenliyi üçün ciddi təhlükələr yaratmışdır. Bunu aşağıdakı hallardan və faktlardan aydın şəkildə görmək olar:
1. Rusiya qoşunları sülhməramlı fəaliyyətlə bir araya sığmayan hərbi döyüş silahları ilə təchiz olunaraq faktiki olaraq Dağlıq Qarabağda hərbi baza qismində fəaliyyət göstərir.
2. Rusiya hökuməti Azərbaycan Respublikasının suveren hüquqlarını kobud şəkildə pozaraq “sülhməramlıların” fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan hakimiyyəti ilə deyil, işğalçı Ermənistan höküməti ilə anlaşmalar imzalayır.
3. Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ildə “Dağlıq Qarabağ muxtar vilayəti”nin ləğv edilməsinə, bəzi rayonların inzibati- ərazi vahidlərində dəyişikliklər edilməsinə baxmayaraq, Rusiya “sülhməramlıları” öz missiyasını aşaraq və ölkə qanunvericilik aktlarının tələblərini kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağın Sovet dövrünə aid inzibati xəritəsi əsasında Kəlbəcər və Tərtər rayonlarının inzibati-ərazi vahidlərinin bir hissəsini əsasən ermənilərin yaşadığı Ağdərə rayonuna daxil etməyə çalışır ki, bu da dövlətimizin suverenliyinə kobud müdaxilə və cinayət əməlidir.
4. Rusiya “sülhməramlıları” “humanitar dəhliz” yaradılması barəsində razılaşmanı bəhanə edərək Azərbaycanı işğaldan azad olunmuş Laçın şəhərinə və Ermənistanla sərhədin 5 km. eni boyu əraziyə nəzarət etmək imkanlarından məhrum etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünün qorunmasına və dövlət sərhədlərinin toxunulmazlığına qarşı qəsd və işğalşılıq aktıdır.
5. Rusiya hökuməti işğalçılıq niyyətlərini reallaşdırmaq məqsədilə keçmiş “Dağlıq Qarabağ vilayət”nə daxil olan rayonların əksər hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməsinə və həmin yerlərdə müvafiq dövlət orqanlarının yaradılmasına mane olur.
6. Rusiya “sülhməramlıları” işğalçı Ermənistanla sıx əməkaşlıq edərək separatçı “Dağlıq Qarabağ Respublikası” yaratmağa və onu müstəqil dövlət kimi tanıtmağa çalışır.
Hörmətli cənablar!
Biz, bu müraciəti imzalayan siyasi partiyalar, ictimai təşkilatlar və ictimai xadimlər yuxarıda göstərilən halları və ölkəmizin milli qanunvericilik aktlarının, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını Azərbaycan xalqının haqq səsini eşitməyə və aşağıdakı təkliflərin həyata keçirilməsinə yardımçı olmağa çağırırıq:
1. “Sülhməramlı” missiya ilə bir araya sığmayan qanunsuz əməllərə yol verdiyinə, işğalçı Ermənistanla və qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçı-terrorçu başçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə və Azərbaycan dövlətinin suveren hüquqlarını pozduğuna görə Rusiyanın hərbi qüvvələri təxirə salınmadan ölkə ərazisindən çıxarılsın.
2. Rusiya və Fransa qərəzsiz və tərəfsiz olmaq barəsində öz üzərlərinə götürdükləri öhdəliklərini və müvafiq Beynəlxalq Konvensiyaların şərtlərini kobudcasına pozduqlarına görə Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılsın.
3. Rusiyanın təhriki və hərbi-siyasi dəstəyi ilə bölgədə və bütün Qafqaz regionunda sülhü və beynəlxalq təhlükəsizliyi təhdid etdiyinə və işğal qoşunlarının qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılması barəsində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq edilsin və digər təsirli tədbirlər görülsün.