MN-nin DTBİ-nin rəisi, general-mayor Ramil Əsgərov dövlət puluna troll dəstəsi saxlayırdı - Hərbi jurnalist

13-12-2020, 20:45           
MN-nin DTBİ-nin rəisi, general-mayor Ramil Əsgərov dövlət puluna troll dəstəsi saxlayırdı - Hərbi jurnalist
Müdafiə nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad edilib.
Ramil Əsgərov həmin vəzifəsindən başqa hər işlə məşğul idi. Orduya bəlkə də ən çox zərər verən şəxslərdən biri idi. O idarəni trol dəstəsinə çevirmişdi. Nəcməddin Sadıkov haqqında mənfi bir şey yazan hər kəs onun komandanlıq etdiyi troll qrupları tərəfindən hücuma məruz qalırdı.
Teref.az xəbər verir ki, bunu hərbi jurnalsit Səxavət Məmməd yazır. Daha sonra Səxavət Məmməıd yazır:

Məni sosial şəbəkədə və blogumun rəy bölümündə durmadan söydürür, təhqir etdirib. Hətta idarəsində çalışan bir nəfər mənə demişdi ki, yazmayanların kitabın bağlayır. Bu nədi? Bir neçə jurnalist və hərbi ekspertə də məni təhqir etdirmişdi. Bundan əlavə pul xərcləyərək xaricdə domenlər aldırır, saytlar açdırır və mənfi yazanlar haqqında olmazın yazılarını yazdırırdı.
Bir dəfə zabit dostlardan biri xəbər elədi ki, "zampolit"ləri troll kimi istifadə edirlər, araşdır. Araşdırma zamanı məlum oldu ki, nəinki istifadə edir, fake profil açdırıb, ona lazım olan adamları təhqir etməyənlərə töhmət də verib. Saxta profil açılır, təhqir yazılır, screen edilib, onun idarəsinə göndərilirdi. Bu barədə yazı yazanda sonra nazir məsələyə qarışıb və bu işə qadağa qoymuşdu.
Bir müddət əvvəl jurnalistlərdən, hərbi ekspertlərdən ibarət informasiya müharibəsi üçün qrup qururdular. Təbii ki, adım siyahıda yox idi. Yanımda bir nəfər ona zəng etdi. Sual verdi ki, Səxavətin adı siyahıda var? Cavabı eynən belə oldu: O, bizə düşmən mövqedədir.
Açığı heç kimə düşmən mövqedə olmamışam. Haqq nədirsə, onu yazmışam.
Müharibədən bir qədər əvvəl işlərini təkmilləşdirməyə başladılar. 500 min xərc çəkərək PR şirkəti ilə anlaşdılar. Həm saytlarda, həm də sosial şəbəkələrdə istədiklərini yazdırır, tənqid edənləri təhqir etdirir, MN rəhbərliyi haqqında sizin çox ciddi bildiyiniz saytlarda allı-şanlı yazılar yazdırırdılar. Bəzi ekspertləri də özlərinin kuklasına döndərmişdilər.
Ümid edirəm, bundan sonra o idarə təyinatı üzrə işləyər.
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.