1999-cu ildə İranda yaradılan Analitik mərkəz nəyə və ya kimə xidmət edirdi- ARAŞDIRMA
14-12-2020, 21:40

Teref.az müstəqil araşdımaçı jurnalist Cəmil Məmmədlinin yeni araşdırmasını təqdim edir. Cəmil Məmmədli yazır:
Hələ 1998-ci ildə Ayətulla Xameneyinin bilavasitə İranın İnformasiya Nazirliyinə - Kəşfiyyat idarəsinə tabelə olan analitik mərkəz yaradılıb. Əvvəlcə Tehranda, sonra Abadanda, İsfahanda, Bəndər Abbasda təşkil olunan bu mərkəzlər İran dövləti üçün kəşfiyyat məsələləri ilə məşğul olur.
Daha sonra İranın öz xüsusi xidmət idarələri öz şöbələrində, əsasən də iqtisadi şöbələrində dəyişikliklər etdi.
1999-cu ildən həmin yeni yaradılmış strukturlar işə düşdü. Bu strukturlarda müxtəlif ölkələrdə neft akademiyalarını bitirən yüksək ixtisaslı kadrlar işləmək üçün əməkdaşlığa cəlb olundu.
Onların bir qismi Tehran, Məşhəd, Rəşt, İsfahan, Təbriz və s. Xüsusi xidmət orqanlarına məxsus məktəb və kurslarda oxumaq üçün göndərildi. Məhz həmin ildə sırf Azərbaycanı araşdıran bir qrup yaradıldı. General Rza Məhəmməd Baqiri Ayətullah Xameneyinin bu məxfi məsələlər üzrə canişini təyin edildiş
İran xüsusi xidmət orqanlarında “Azərbaycanı araşdıran mərkəz” əsasən aşağıdakı vəzifələri icra edir:
a) Azərbaycannın strateji əhəmiyyətli məhsulları, məsələn neft və qaz sənayesi ilə bağlı edilən bütün çıxışların, steneoqram materiallarının, müqavilə şərtlərinin, məktub və teleqramların (rəsmi) yazıların kəşfiyyat nöqteyi-nəzərindən araşdırılması,
b) Satılan neft məhsullarından əldə olunan gəlirlərin hansı sahələrə sərf olunmasının və bank hesablarının araşdırılması,
c) Neftdən qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin məbləği və ayrı-ayrı məmurlar haqqında əks-təbliğat materiallarının, “kompromatların” toplanması,
d) Bakıdakı neft və qaz sənayesinin tədqiqi və öyrənilməsi ilə bağlı aparılan elmi axtarışların nəticələri, yeni yataqlar və həmin yataqların istehsal gücü, Korrupsiya və rüşvətlə qurulmuş şirkətlər və onların fəaliyyəti,
e) Bakıda fəaliyyət göstərən ABŞ və İsrail şirkətlərinin yerləşdiyi ərazilər, həmin şirkətlərdə çalışanların yaşayış əraziləri, əlaqələri, apardıqları tədqiqatlar,
(ardı var...)
Cəmil Məmmədli
Teref.az