"Türk milləti saqisi olmayacaq qədər primitiv deyil... nəhəng, universal kültür sahibidi..."- Mehriban Vəzir od püskürdü..
15-12-2020, 18:56

MM-in plenar iclasında Şamaxının Saqiyan kəndinin adının dəyişib Günəşli qoyulması haqda layihə qəbul edilib.
O qədər yanlış qərardı ki...
İllər əvvəl Bərdənin Zümürxaç kəndinin də adı dəyişdirilib Zümürxan edildi... çox yanlış... Ortaçağ Osmanlı mənbələrində belə bu kəndin adı Zümürxaçdı.
Teref.az xəbər verir ki, jurnalist, tarixçi - yazar Mehriban Vəzir Milli Məclisin kəndlərimizin adlarını dəyişməsinə münasibət bildirərkən bunları deyib. daha sonra Mehriban Vəzir deyir:
Deyirlər, sakinlər müraciət edir... Bərdədə xaç sözünü, Şamaxıda da yan`ı uyğun bilməyiblər.
Sakinləri anladıq... bilmirlər... demək, dövlətin maarifləndirmə işi zəifdir, izahı yoxdu... vətəndaşı tarixi biliklərlə qüvvətləndirə bilmir... Ki vətəndaş tarixinə sahib çıxsın, üstünə dil uzadanlara bilikli cavab versin, tarix səngərini tərk edib qorxaqca adından imtina etməsin...
Xaç birmənalı olaraq türk sözüdü, Türk xaçpərəstliyinə bağlıdı, böyük tarixi keçmişimizdi... o zaman Alban kilsələrinə necə sahib çıxacaqsınız? Hansı maarifləndirmə ilə?
Yan` sonluğu fars mənşəlidi, indi erməni adlanan qaraçı hay tayfası Hindistandan İrana köç edəndə soyad bilmirdi nədi, icad gücü də yoxdu, oğurluq ustasıdı, bu soyad sonluğunu da farsdan qapdı...
Bizim kənd adları tarixi bir anlam daşıyır... Saqiyan xoşunuza gəlmirsə, tarixin üstündən xətt çəkməyin. Heç olmasa Saqilər edin. Keçmişi, kültürü məhv etməyin, gələcək üçün yeni dartışma mövzusu açmayın...
O MM-də bir tarix bilən yoxmu?!
MM "ağıllısı" deyirmiş ki, bu ad bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil... Boşboğaz! Türk milləti saqisi olmayacaq qədər primitiv deyil... nəhəng, universal kültür sahibidi...
Milli-mənəvi dəyərlərimizə uyğun olmayan savadsızların, öz tarixini, kültürünü bilməyənlərin, yaltaqlıqla adam olanların dövlətin təpəsinədə oturub qərar verməsidi..
Teref.az