Fazil Mustafa: Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdılarsa, indi qiyməti 20-30 minə qaldırıblar.
1-02-2016, 17:10
Bu gün Milli Məclisin yaz sessiyasının iclasında millət vəkili Fazil Mustafa “Kinematoqrafiya haqqında” qanuna münasibət bildirib.
Cebhe.info xəbər verir ki, Fazil Mustafa keyfiyyətli serialların, kinoların çəkilmədiyini vurğulayıb:
“Kinematoqrafiya haqqında” qanunun yenidən hazırlanmasına ehtiyac var. “Azərbaycan” kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkmək üçün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, teleserial yoxdur. Bu pullar hara getdi?”
F.Mustafa qeyd edib ki, ölkə prezidenti İlham Əliyev çıxışlarında sahibkarklığa dəstək verilməsindən danışır:
“Bütün məmurların qarşısında ciddi tapşıqlar qoyur. Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdılarsa, indi qiyməti 20-30 minə qaldırıblar. Bundan əlavə, biz “İctimai iştirakçılıq haqqında” qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz “Elm haqqında” qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir”. - See more at: http://www.cebhe.info/oxu/12049/#sthash.A0zGcSb8.dpuf