20 yanvar - Sovet İttifaqının Bakıda öldüyü gün

20-01-2021, 00:00           
20 yanvar - Sovet İttifaqının Bakıda öldüyü gün
Tanınmış politoloq Pol Qobl illər öncə “Avrasiyaya Pəncərə” bloqpostunda yazdığı məqalədə yanvarın 20-ni məhz belə adlandırıb.
Qobl yazır: "...həmin gün Sovet sistemi Qorbaçov zəmanında ən böyük cəza tədbirindən istifadə edib"
Sovet İttifqaı nə vaxt ölüb?
Bu suala Pol Qobl belə cavab verir: "bəzilərinin dediyinə görə bu, Qorbaçov 1991-ci ilin sonunda nüvə çemodanını Boris Yeltsinə ötürdüyü gün baş verib.
Bəziləri isə deyirlər ki, bu, avqust putçunun uğursuzluğu ilə əlaqədar baş verib.
Bir başqaları isə bu qənaətdədirlər ki, Sovet İttifaqı Litva və Lativiyaya sovet qoşunlarının yeridilməsi ilə ölüb. Maraqlıdır ki, bu hadisələrin içərisində ən mühümünün vəkilliyini edən yoxdur”.
Söhbət 1990-cı il yanvarın 19-20-də Bakıda baş vermiş sovet cinayətindən gedir. Qoblun qənaətinə görə həmin gün Sovet prezidenti və onun yoldaşlarının fərqli iddialarına baxmayaraq, onlar erməni əhalini qorumaqdan daha çox, azərbaycanlıları onların müstəqillik arzularına görə cəzalandırmaq məqsədi güdüblər.
"Azərbaycan alimləri də daxil olmaqla, adamların, hətta evlərinin pəncərələrindən baxan təsadüfi sakinlərin qəddarlıqla öldürülməsi sovet liderlərinin istədiyinin tam əks effektini verdi - Pol Qobl yazır - bu hərəkətlə sovet rəhbərliyi hələ də Sovet İttifaqının gələcəyinə az-çox inanan azərbaycanlıların da ümidlərinə nöqtə qoydu. Ertəsi gün partbiletlərin kütləvi yandırılması onu göstərirdi ki, artıq geriyə yol yoxdur.
Bu hadisə Sovet İttifaqının xofunu dağıtdı.
...Azərbaycanda baş vermiş bu hadisə barədə geniş məlumata malik olmayan qərbliləri Sovet İttifaqının dağılmasında Azərbaycanın və onun xalqının oynadığı rol barədə ona görə məlumatlandırmaq lazımdır ki, onlar qara yanvarların baş verməyəcəyi gələcəyi qurmaqda kömək edə bilsinlər."
Mehriban Vəzir
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.