"Sizin düşüncənizə görə ancaq məğlublar dərs çıxarmalıdır?"

26-02-2021, 07:21           
"Sizin düşüncənizə görə ancaq məğlublar dərs çıxarmalıdır?"
Paşinyanın "İsgəndər" raketi ilə bağlı açıqlamasına gülürük. Əslində bunda gülünəsi bir şey görmürəm. Savaş meydanında məğlub olub, sərhədlərini Rusiya qoruyacaq (102), yenə Rusiyanı zərbə altına qoyur, bu heç. Paşinyanın bu açıqlaması həm də, onu göstərir ki, Ermənistan savaş meydanındakı məğlubiyyətin səbəblərini araşdırır, dərs çıxarmağa çalışır. Dolayısı ilə gələcəyini düşünür.
Biz nə edirik? Ağzın açana deyirik ki, qələbəmizə tez ol sevin. Görəndə ki, sual verən var, əvvəl erməni dəyirmanına su tökən damğası vururdular, indi də qələbəni gözü götürməyən deyirlər. Sevindik də. Təkrar edirəm, fəth etməmişik, torpaqlarımızı işğaldan azad etmişik. Bir ömür boyu sual verməyək ki, müharibədə qalib gəlmişik?
Biz necə dərs çıxarırıq? Hərbçilərin maaşını aşağı salaraq? Guya bizim raketlər hamısı partladı? Ərazidə olanlar yerə mıxça kimi çalınmış az raket görüb? Sizin düşüncənizə görə ancaq məğlublar dərs çıxarmalıdır? Elə bu düşüncə tərzinə görə də, Spiker Sahibə Qafarova çəkinmədən " Qarabağ döyüş bölgəsi deyil" deyə bilir. Bununla içində razılaşıb, hədəfə çevrilməmək üçün " düz deyir" deyə bilməyənlər var. Ortada bir bəyanat varmış. Ona qalsa, BMT-nin 4 qətnaməsi, atəşkəs müqaviləsi də vardı. Torpağı təhvil vermirdilər, üstəlik atəşkəs dövrü kifayət qədər hərbi və mülki itki vermişik. Ortada sülh müqaviləsi yoxdur. Sülh müqaviləsi olacaq, müharibə ehtimalı sıfıra bərabərdir. Bu o demək deyil ki, ağzımızı ayırıb oturmalı, qalib gəlmişik deyib, bütün günü sevinməliyik. İtkilərimizin az olmasına içi mən qarışıq sevinirik. Döyüş hazırlığı yüksək olsaydı buna daha çox sevinərdik də. Düz deyil bəlkə?
Heç kim qarantiya verə bilməz ki, bölgədə bir də müharibə olmayacaq.
Gör vəziyyət hansı həddə çatıb ki, insanların düşüncəsinə belə qarışırlar. İnsanları robotlaşdırmaq istəyirlər. Bu niyə olmadı? Qalib gəlmişik sevin. O niyə olmadı? Qalib gəlmişik sevin. Müəllim, mənə maraqlıdır (ağzından vurulur) - Dedim ki, sevin!
Qabağınıza yal atanlar vur deyib, öldür yox. İt dedim? Üzr istəyirəm. Siz quçüy başa düşün.
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.