Tarixdə 27-28 fevral...

28-02-2021, 08:15           
Tarixdə 27-28 fevral...
27 fevral 1827-ci il...
Rus qoşunları İrəvan qalasını mühasirəyə alır.Azərbaycan tərəfi çoxlu sayda itkilər verir.

27 fevral 1833-cü il...
Erməni vilayətinin hərbi nişanı çar I Nikolay tərəfindən təsdiq olunur...

27 fevral 1960-cı il...
Dərələyəz mahalındakı Paşalı (Əzizbəyov, Vayk) rayonunun azərbaycanlılar yaşayan Terp kəndi ermənilər tərəfindən Saravan adlandırılır.

27 fevral 1988-ci il...
Erməni millətçiləri Sumqayıt şəhərində Eduard Qriqoryanın başçılığı ilə qarşıdurma yaradırlar. Şəhərdə erməni ekstremistlərinin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat –erməni əhalinin evlərinə basqınlar törədilir. Ermənilər planlı şəkildə hazırladıqları “Sumqayıt faciəsi” adlanan olayı həyata keçirirlər. Bu təxribat xarakterli qırğın aktı daşnak terrorçular tərəfindən fitnəkarlıq məqsədi daşıyırdı.
Bu fitnəkarlıq böyük faciə ilə nəticələnir.
Süni şəkildə hazırlanmış bu münaqişə iki gün davam edir və nəticədə ümumilikdə 32 nəfər həlak olur.
Sumqayıt şəhərində ermənilər tərəfindən törədilən bu təxribat xarakterli qırğınlar nəticəsində 6 nəfər azərbaycanlı öldürülür.
Bəli, eduard Qriqoryan, Ohanyan, Samoylov, Pavlovski və başqa muzdluların başçılıq etdikləri iğtişaşlarda 32 nəfər (26 erməni, 6 azərbaycanlı) qətlə yetirilir, 40 nəfər yaralanır.
Ölənlərin bir neçəsini Eduard Qriqoryan özü şəxsən qətlə yetirir (məhkəmə ona 12 il iş kəsir, az sonra SSRİ dağıldıqdan sonra o, azadlığa buraxılır)
Dəstənin azərbaycanlı üzvlərindən birinə, Əhməd Əhmədova haqsız yerə ən ağır cəza – ölüm hökmü çıxarılır. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır edir.
Sumqayıt hadisəsi SSRİ xüsusi xidmət orqanlarındakı şovinist-millətçi ermənilər tərəfindən hazırlanmışdı və dünyaya “azərbaycanlıların vandalizmi” kimi tanıdılmaq məqsədini güdürdü.
Bu təxribatdan sonra ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar.

27 fevral 1990-cı il...
Laçın rayonunun Aşağı və Yuxarı Cicimli kəndləri ermənilər tərəfindən Gorus rayonu ərazisindən fasilələrlə avtomat və pulemyotlardan atəşə tutulur.

27 fevral 1992-ci il...
Firdovsi Fazil oğlu Vəliyev Ağdam rayonunun Şelli kəndindən bir qədər kənarda –Qaraqayada pərən-pərən düşmüş Xocalı sakinlərini xilas edərkən erməni gülləsindən həlak olur.

27 fevral 1992-ci il...
Ağdam şəhəri və yaxınlıqda yerləşən digər yaşayış məntəqələri ermənilərin yaşadıqları Naxçıvanlı (Naxçıvanik) kəndi yaxınlığından mərmi atəşinə tutulur. Ölən və yaralananlar olur.

28 fevral
28 fevral 1918-ci il...
Trabzona gedəcək nümayəndə heyətinin birgə iclası keçirilir. İclasda erməni nümayəndələri Türkiyə Ermənistanı üçün muxtariyyət tələbi haqqında danışıb Osmanlı dövlətinin Qars, Batum, Ərdahana olan iddiasının rədd edilməsinin hüquqi əsasının olmadığını söyləyir. Bu Türkiyənin daxili işlərinə müdaxilə idi.

28 fevral 1919-cu il...
Polkovnik Sulikovun rəhbərliyi altında erməni ordusu Qərbi Azərbaycanın “Ermənistanın” müsəlman kəndlərinə daxil olur. Sulikovun daşnak dəstəsi xüsuilə Basarkeçər rayonunun Zod kəndində əhali ilə pis rəftar edirlər. Onlar kənd camaatından 750 pud taxıl, 100 sentner ot tələb edirlər. Kənd camaatı onları vermək imkanında olmadıqlarını bildirdikdə əhali təhqir olunur.
Sulikov tərəfindən kənd sakini Məcid Süleyman oğlu öldürülür, 4 nəfər isə yaralanır. Bu hadisələrdən dəhşətə gəlib qəzəblənən kənd camaatı başda Sulikov olmaqla 4 zabiti və 15 daşnakı öldürürlər. Bundan sonra daşnak ordusunun yerli əhaliyə qarşı vəhşiliyi şiddətlənir. Kəndlərdə müsəlman əhaliyə divan tutulur.
Yeridilən genosid diyasəti nəticəsində minlərlə azərbaycanlı qırılır və ya öz doğma yurdlarından qovulur.

28 fevral 1919-cu il...
Erməni quldur dəstələri Seyid Kotanlı, Xaraba Kotanlı, Saqaib azərbaycanlı kəndlərində əhalini qırıb çatırlar. Meyitlər təhqir edilir, onların qarnı yırtılır, gözləri çıxardılır, qulaqları kəsilir.

28 fevral 1919-cu il...
Hökümətin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradılır. Andranikin burdakı özbaşınalığına son qoyulur.
Amma türk ordusu Naxçıvandan (Qafqazdan) çıxdıqdan sonra vəziyyət yenidən kəskinləşir. Andranikin quldur dəstəsi Gorusdan Dığ kəndinə yollanır. Həmin dəstədən 400 nəfər Akara kəndi istiqamətində azərbaycanlılar yaşayan kəndlərə hücum edirlər. Öldürülmüş azərbaycanlıların cəsədləri eybəcər hala salınır, evləri yndırılır, əmlak və mal-qaraları talan edilir.

28 fevral 1992-ci il...
Xocalıdan qaçıb canını qurtarmaq istəyərkən güllələnərək öldürülmüş azərbaycanlıların bəzisinin müxtəlif bədən orqanları erməni qaniçənləri tərəfindən kəsilərək götürülür.

28 fevral 1992-ci il...
Azərbaycanlılara qarşı göstərdikləri xüsusi amansızlığa və vəhşiliyə görə, S.Prumyan və Z.əl- Məhəmməd yüksək mükafata – “Qızıl Xaç” ordeninə layiq görülür.

28 fevral 1992-ci il...
Füzuli şəhəri ermənilər tərəfindən QRAD qurğularından güclü atəşə tutulur. B.Sərdarov ilə 28 MAY küçələrinin kəsişdiyi ərazi, “Şəlalə” restoranının yaxınlığı dağıntılara məruz qalır.

28 fevral 1992-ci il...
Ağdam şəhəri saat 19:30-da ermənilər tərəfindən QRAD qurğularından atəşə tutulur. Ciddi dağıntılar baş verir. 2 nəfər həlak olur, 2 nəfər yaralanır.
Mərmi yağışı bir saaatdan çox yenə davam edir. Daha 10 nəfər dinc sakin həlak olur.

28 fevral 1992-ci il...
Ağdam rayonunun Şotlanlı kəndi ermənilər tərəfindən atəşə tutulur.

28 fevral 1992-ci il...
Erməni terror qrupu Şimali Qafqaz ərazisində daha bir terror aktı həyata keçirirlər. Şimali Qafqazın Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında “Kislovodski-Bakı” sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır. Nəticədə 11 nəfər həlak olur, 18 nəfər yaralanır.

28 fevral 1993-cü il...
Füzuli rayonunun Aşağı Veysəlli və Ağdam rayonunun Mərzili kəndlərindən olan və erməni əsarətində əzablı işgəncələr çəkən 6 nəfər girov pis vəziyyətdə dəyişdirilir.

28 fevral 2001-ci il...
ASALA tərəfindən “”Giqaron” terror qrupu yaradılır.
Bu qrupun məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və ya iş adamlarına qarşı terror aktları həyata keçirməkdir.
Cəmil Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.