Azərbaycanın Ukraynadakı səfiri 250 min manata maşın aldı (FOTOLAR)
11-04-2021, 18:43
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova özündən əvvəlki səfirin BMV 730 markalı maşını xoşuna gəlməyib, özünə 250 min manata xidməti yeni avtomobil alıb. Elmira Axundova ötən il Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin olunanda özündən əvvəlki səfir üçün 2018-ci ildə alınmış 2008-ci il buraxılış BMW 730 markalı avtomobili bəyənməyib. Özünü Kiyevə çatdırar-çatdırmaz son model Mercedes-Benz S 350L (2020-ci il buraxılış) sifariş verib. Avtomobil Almaniyadan sifariş olunub, dəyəri istehsalçı ölkədə 125 min avrodur (250 min manat). Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli yazır, son model bahalı avtomobil hazırda CDP 041 diplomatik nömrə ilə Elmira Axundovanın xidməti istifadəsindədir. Elmira Axundova ötən ilin iyun ayında səfir vəzifəsinə təyin edilib, sifariş etdiyi avtomonil 2020-ci il dekabrın 17-də Ukrayna Dövlət Avtomobil Müfəttişliyində (Kiyev, Şevçenkivski rayonu) qeydiyyata alınıb.