“Tərtər işi” – Azərbaycan Katını
12-04-2021, 00:05

Bilənlər bilir, 1940-cı ildə Moskvadan verilən əmrlə 22 min polyak zabiti Katın meşələrində güllələnmişdi. Dünya tarixində hərbçilərə qarşı ən amansız cinəyətin üstü 3 il keçmədi, açıldı. Uzun illər boyun qaçırsalar da, sonunda etiraf etdilər, hətta Putin diz çöküb əklil də qoydu Katın qırğını qurbanlarının abidəsinə.

“Tərtər işi” də bizim tarixdə ən ağır hərbi cinayətidir. Adamı dəhşət bürüyür. Yüzlərlə zabit və əsgərimizə ağlasığmaz işgəncələr verib, ömürlük şikəst ediblər. 10-dan artıq hərbçimizi döyə-döyə öldürüblər. Ailələri vətən xaini damğasıyla gözümçıxdı edilib. Sonra da utanmaz-utanmaz “Cinayəti sübut olunmadı” yazıb bəraət veriblər; birinə ölümündən, o birinə ömürlük şikəst edildikdən sonra.
Kim edib bunu? Cinayəti araşdıran ictimai fəalların yekdil sözü odur ki, Moskvaya bağlı dövlət rəsmiləri!
Yenə Moskva?!

Dövlət strukturlarımız Rusiyanın, hər hansı başqa ölkənin nəinki yüksək vəzifə tutan adamlarından, sonuncu vintciyindən belə təmizlənməlidir. Yosxa başqa dövləti cinayətlərin də törədilməyəcəyinə əmin ola bilmərik.
Vaxt gələcək, Azərbaycan dövləti adına “Tərtər işi” qurbanlarından, onların ailə üzvlərindən üzr istəniləcək, şərəflərinə ucaldılacaq abidəyə əklil də qoyulacaq. Posterini paylaşdığım Anjey Vaydanın "Katın" filmi kimi film də çəkiləcək və s.
O vaxtacan bizə düşən isə toplum olaraq, o qurbanları tək qoymamaq, bacardığımız qədər yanların olub dəstəyimizi hiss etdirməkdir.
Və o cinayəti törədənlərin cəzalandırılmasına nail olmaqdır!
Vahid Qazi
Teref.az