Yeni dünya düzəni: “Bəşəriyyət başqa bir mərhələyə keçir” – İlginc iddia

16-04-2021, 07:53           
Yeni dünya düzəni:
“ABŞ-Rusiya, ABŞ-Çin münasibətlərinin gərginləşməsi və bununla əlaqədar baş verənlər yenidən yeni dünya düzəni ilə bağlı müzakirələri aktuallaşdırıb”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, ABŞ 2000-ci illərə qədər dünyada yeganə hegomon olaraq qala bilib:

“Sanki liberal ideologiyanın qəti qələbəsini proqnozlaşdırmış, Fukiyama təbiri ilə desək, tarixi inkişafın alternativi qalmamışdı. Lakin çox qısa müddətə 2010-cu ildən sonra aşkar görünməyə başlandı ki, yeni güc və qüdrət mərkəzləri yaranıb. Çin çox güclənib, Avropa Birliyi özü cəzbetmə mərkəzinə çevirilib. Rusiya iddialarını böyüdüb. ABŞ “ərəb baharı”, “rəngli inqilablar”la cavab verməyə çalışdı. O qədər də uğurlu olmadı, həmçinin məlum oldu ki, liberal ideologiya yeganə düz yol ola bilməz.

Texnoloji inkişaf qlobal rəqabət üçün yeni imkanlar açıb. Bu vəziyyəti Qədim Romanın III yüzillikdəki böhranı ilə müqayisə etmək olar. İmperiya iqtisadi çətinliklərlə üzləşdi, yeni dövrə adaptasiya ola bilmədi, yeni rəqiblər meydana çıxdı. Roma aqqresiv xarici mühitlə üzbəüz qaldı. 225-ci ildə Sasanilər dövləti yarandı və Roma güclü rəqiblə qarşılaşdı. Artıq antik dövr başa çatırdı.

Hazırda obrazlı ifadə etsək, bizim üçün də antik dövr başa çatıb. Yeni dövrdə “yeganə hegomon” konsepsiyası çətin ki, uğur qazansın. Həmçinin yeni dövrün yeni idelogiyalara da ehtiyacı var. Roma epoxasından yeni dövrə keçiddə bu xristianlıq olmuşdu. Yeni dünyaya, daha rəngarəng, dinamik dünya baxışına ehtiyac var. Yeni dünyanı köhnə baxışlarla mümkün qurmaq olmayacaq. Hazırda Çin-Moskva-Pekin rəqabətinin nəticəsi olaraq yeni baxış formalaşacaq. Yaxşı olar ki, bu müharibələrsiz olsun”.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.