NƏ BAŞ VERİR: Rusiya Azərbaycan-Ermənistan sərhəddinə ordu yığır – Çoxlu sayda vertalyot və BTR-lər gətirilib

4-05-2021, 10:30           
 NƏ BAŞ VERİR: Rusiya Azərbaycan-Ermənistan sərhəddinə ordu yığır –
44 günlük müharibədən sonra ordusu sıradan çıxmış Ermənistan buna baxmayaraq, dinc oturmur. JAMAZ.İNFO xəbər verir ki, sərhəddə davamlı olaraq təxribatlara əl atan ermənilər, iki həftə öncə daha da irəli gedərək, Azərbaycan əsgərlərinə atəş açmışdılar.

Qeyd edək ki, həmin məsələ ilə bağlı Azərbaycan Dövlət Sərhədd Xidməti açıqlama yayaraq, bölgədəki rus hərbçilərinin müdaxiləsindən sonra atəşin dayandırıldığını, qarşı tərəfə xəbərdarlıq edildiyi və bir daha təkrarlanarsa, sərt tədbir görüləcəyini bəyan etdi. Lakin görünən odur ki, ermənilər yenə sakit durmaq fikrindən uzaqdırlar. Çünki aprelin 25-də bir qrup hərbçinin Azərbaycan əsgəri ilə mübahisə etdiyi, ərazilərimizə keçmək istədiyini əks etdirən videogörüntülər yayıldı. Buradan aydın şəkildə görünürdü ki, erməni tərəfi hər vəchlə təxribat törətməyə, əsgərlərimizin əsəblərini pozmağa çalışır.

Bildirək ki, bölgədə vəziyyətin həssas olduğu sirr deyil. Bunu təkcə, biz deyil, Qafqazda marağı olan bütün dövlətlər dilə gətirirlər ki, noyabrın 10-da əldə olunmuş razılaşma olduqca kövrəkdir və hər an pozula bilər. Bunu eləcə ermənilər də təsdiq edirlər. Ona görə də, Azərbaycan-Ermənistan sərhəddinə rus hərbçilərinin yerləşdirilməsinə çalışırlar. Ki, dünən baş nazir Nikol Paşinyan bəyan etdi ki, Sünik və İran sərhəddində Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının iki dayaq məntəqəsi qurulub. Və bunu belə əsaslandırıb ki, onların missiyası bölgədəki təhlükəsizliyi təmin etməkdir.

Gələn xəbərlərdən anlaşılan isə odur ki, deyəsən, məsələ heç də dayaq məntəqəsi yaratmaq deyil. Belə ki, dünəndən etibarən Rusiya Azərbaycan-Ermənistan sərhəddinə çoxlu sayda hərbi texnika və döyüş vertalyotları gətirməyə başlayıb. JAMAZ.İNFO Avia.Pro saytına istinadən xəbər verir ki, artıq çoxlu sayda hərbi texnika, canlı qüvvə və aviasiya qüvvələri Sünik vilayətinin Azərbaycanla sərhəddi istiqamətində cəmləşdirilir. Qısa müddətdə və qəfil şəkildə rusların bölgəyə çoxlu sayda hərbi texnika, döyüş vertalyotları və canlı qüvvə gətirməsi birmənalı qarşılanmır.

Rus mediası iddia edir ki, Moskvanın belə bir addım atması Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzurla bağlı verdiyi açıqlaması ilə bağlıdır. Belə ki, İlham Əliyev öz çıxışında Zəngəzura qayıdacağımızı, oradan dəmir və avtomobil yollarının ermənilər icazə verməsə də çəkəcəyimizi bəyan edib. Həmin media nümayəndələri Kremlə istinadən hesab edirlər ki, Azərbaycan tərəfinin son davranışları bölgədə yeni müharibənin başlanması üçün zəmin yarada bilər. “Azərbayan Ordusu birbaşa və dolayısı yolla xüsusi hazırlıqlar görürü. Davamlı olaraq təlimlər keçirir. Bundan başqa, sərhəddə ciddi hazırlıq içində olduqları müşahidə olunur”.

Qeyd edək ki, Rusiya çoxlu sayda hərbi texnika və canlı qüvvənin Azərbaycan-Ermənistan sərhəddinə gətirməsi barədə hər hansı bir açıqlama verməyib.

P.S. Rusiyanın hər vəchlə erməniləri müdafiə etdiyi sirr deyil. Pulsuz silah verməkdən tutmuş, dağılmış Ermənista ordusunu yenidən qurmağa kimi bir çox işləri həyata keçirən ruslar, bununla Qafqazdakı əlaltılarını daha iri zəncirlə özlərinə bağlamaqdadırlar. Daha böyük qüvvə ilə sərhəddə yerləşmək, əraziyə qoşun çıxarmaq heç də sərhəddə təhlükəsizliyi təmin etmək yox, vaxtaşırı təxribatlar törətməklə hər iki tərəfi tikan üstündə saxlamaqdır.

Bir başqa məsələ də odur ki, ruslar Zəngəzurdan keçəcək kommunikasiya xətlərinin çəkilməsində bir o qədər maraqlı görünmürlər. Bunu önləmək, yolun “güvənsiz” olduğunu “nümayiş etdirmək” üçün hər cür təxribata əl atacağı da istisna deyil. Elə özünün hərbi kontingentini Sünik vilayətinə gətirməkdə məqsədi də bu planlarını icra etməkdir.
0шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.