Qarabağın minalardan təmizlənməsində İranın iştirakı... - Səfir

21-06-2021, 11:52           
Qarabağın minalardan təmizlənməsində İranın iştirakı... - Səfir
Qarabağın minalardan təmizlənməsində İranın iştirakı üçün tezliklə texniki işçi qruplar müzakirə aparacaq.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, İran şirkətləri azad olunan ərazilərin minalardan təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər:

"Tezliklə bununla əlaqədar iki ölkə arasında texniki işçi qruplar müzakirələr aparacaq. Ərazilərin minalardan təmizlənməsinə kömək göstərmək həm
humanist addım, həm də qonşuluq borcudur. Hər halda İranın Səddam Hüseynin dövründə İraqla 8 il müharibəsi olub. Bu müharibədə İran çoxlu sayda təcrübə əldə edib. Bu təcrübələrdən biri də ərazilərin minalardan təmizlənməsidir. Bu sahədə İranda böyük hazırlıq var və tezliklə bu sahədə işlərə başlanılacaq”.

Səfir atırladıb ki, İranın Ali lideri müharibə getdiyi vaxtda Azərbaycana aid bütün ərazilərin bu ölkəyə geri qaytarılmalı olduğunu elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru