Mübariz Mənsimova “Haber Global” -dan ağır zərbə - Ermənilərlə iş birliyi...

17-09-2021, 13:49           
Mübariz Mənsimova “Haber Global” -dan ağır zərbə
Türkiyədə fəaliyyət göstərən “Haber Global” kanalı “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun erməni əsilli iş adamı Levon Termendyanla işbirliyi haqda yeni süjet yayımlayıb.

Bakupost.az xəbər verir ki, bir müddət öncə Mübariz Mənsimov açıqlama verərək, L.Termendyanla əlaqəsi olduğunu inkar etmiş, hətta onun erməni olduğunu biləndən sonra şəkil çəkdirən anda kadrdan çıxmağa çalışdığını, daha sonra isə onunla mübahisə etdiyini və erməni iş adamını vurduğunu bildirmişdi.

“Haber Global” isə sözügedən mərasimdən video yayaraq, həqiqətin başqa cür olduğunu iddia edib. Eyni zamanda M.Mənsimovun L.Termendzyanla işbirliyinə getdiyini əks etdirən sənədləri paylaşıb.

Qeyd edək ki, M.Mənsimovla SOCAR prezidenti Rövnəq Abdullayev arasında çox ciddi ixtilaflar var. London arbitraj məhkəməsi də M.Mənsimov həbsdə olarkən SOCAR-ın iddiası üzrə məhkəmə prosesi keçirmiş və “Palmali”nin SOCAR-a külli miqdarda (250 milyon dollar) vəsait ödəməli olduğu haqda qərar çıxarmışdı.

Eyni zamanda, SOCAR-ın Türkiyə təmsilçiliyi də M.Mənsimovun əleyhinə fəaliyyətini davam etdirir və hər iki tərəf əllərinə düşən fürsətdə bir-birinin ictimai nüfuzunu zədələyən faktlardan maksimum istifadə etməyə çalışır.

“Haber Global” SOCAR-ın maliyyəsi ilə Türkiyədə qurulan Azərbaycan kanalıdır.

Kanalın sözügedən süjetini təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.