Hökumət çörəklə bağlı hərəkətə keçdi: Zavodda iclas çağırıldı: - Qiymət ucuzlaşacaq?

17-09-2021, 13:59           
Hökumət çörəklə bağlı hərəkətə keçdi: Zavodda iclas çağırıldı: -
Azərbaycanda sentyabrın 14-dən çörəyin qiymətində artım müşahidə olunub.

400ramlıq çörəyin qiyməndə bahalaşma 15-20 qəpik civarında olub. Çörəyin bahalaşması hələlik “Çörəkçi” və “Nömrə1” firmalarının məhsulunda özünü göstərsə də, bahalaşma narazılığa səbəb olub. Firma rəhbərləri isə bahalaşmanı əsasən unun qiymətinin baha olması ilə əlaqələndiriblər. Azərbaycan Respublikası Nazirlər Kabineti isə “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərara dəyişiklik edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 16.09.2021 tarixli 268 nömrəli Qərarının qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək.

Maraqlıdır, qəbul edilmiş qərar nəticəsində çörəkdəki bahalaşma aradan qalxacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan İqtisadçı ekspert Fuad İbrahimov hazırkı vəziyyətdə hökumətin çörəyin qiymətini sabit saxlmağa imkanının olduğunu deyib:

“Hökumət bütün vasitələrlə çalışır ki, ölkədə çörəyin qiyməti qalxmasın. Çünki bu, Azərbaycan xalqı üçün çox vacib strateji məhsuldur. Fevraldan maya qədər un istehsalçılarına hər bir tonuna 35 manat subsidiya verilirdi. Bu qərarla subsidiyaların verilmə müddəti uzadıldı. Amma bu göstərici həm də dünya bazarındakı qiymətdən asılıdır. Məlumat üçün deyim ki, dünyada 10 ilə yaxındır ki, ardıcıl olaraq, ərzaq məhsullarının qiyməti durmadan artır. Əsasən son 3-4 gün ərzində dünya bazarında taxılın qiymətində artım müşahidə olunmuşdu. Çünki dünya ixracatçıları -Rusiya, Fransa, Kanada öz istehsal proqnozlarının azalması ilə bağlı məlumat verib. Bu da qiymətin artımına səbəb ola bilər. Əlbəttə, hökumət qiyməti sabit saxlamağa çalıır, amma unun və taxılın dünya bazarlarında qiyməti durmadan artsa, bunun subsidiyalarla saxlanılması mümükün deyil. Amma hazırkı vəziyyətdə hesab edirəm ki, hökumətin subsidiya və digər bir neçə aləti tətbiq etməklə çörəyin qiymətini olduğu kimi saxlamağa imkanı var”.

“Nömrə 1” çörək zavodunun satış müdiri Rahim Nizaməddinov isə hələlik qiymətlərin bahalaşmış həddə qaldığını bildirib: “Qərarla bağlı bizdə hələki iclas olmayıb. Ola bilsin bu barədə iclasımız olsun. Hələ heç bir dəyişiklik yoxdur. Bizim üçün də xoş olar ki, qiymətlər düşsün, əvvəlki qiymətlər bərpa edilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.