Xarici diplomların tanınması qaydası dəyişir

17-09-2021, 15:36           
Xarici diplomların tanınması qaydası dəyişir
“Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək”.

Sabah.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

TKTA sədri bildirib ki, yeni layihədə qismən tanınma anlayışı olacaq:

“Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240, bizdə isə 340 kreditdir. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Həmin şəxsə şərait yaradılacaq ki, kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilsinlər. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru