Mehriban Əliyeva Anım günü münasibəti ilə paylaşım edib - FOTO

27-09-2021, 08:29           
Mehriban Əliyeva Anım günü münasibəti ilə paylaşım edib - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Anım günü münasibəti ilə “Instagram” hesabında paylaşım edib.

“Əziz bacılar və qardaşlar!

Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.

Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!”, - paylaşımda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru