"ƏLİYEV SOÇİ GÖRÜŞÜ İLƏ BAĞLI MƏNƏ DEDİ Kİ..." - "Rusiyanın bundan rahatsız olub-olmadığını..."

30-11-2021, 00:03           
"ƏLİYEV SOÇİ GÖRÜŞÜ İLƏ BAĞLI MƏNƏ DEDİ Kİ..." -
“Əvvəllər də 3+3 platformasını gündəliyə gətirmişdik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstan da bu platformanın baş tutması ilə bölgədə sülhü çox açıq və qəti şəkildə təsdiqləyəcək”.

“TRT Haber xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısından ölkəsinə qayıdarkən jurnalistlərin sualına cavabında bildirib.

Türkiyə prezidenti Ərdoğan jurnalistlərə Türk Dövlətləri Təşkilatı və bir neçə il öncə “21-ci əsrin türk əsri olacaq” dediyi fikri də şərh edib: “2013-cü ildə bir ifadəm var idi, “21-ci əsr Türkiyənin əsri olacaq” demişdim və hazırda bu reallaşmaqdadır. Bu məsələdə türkdilli dövlətlərin liderləri mühüm mövqeyə malikdirlər”.

O əlavə edib ki, bu, həm də dünya türklərinin belə bir əsr quracağının ifadəsi idi və hazırda bu dediklərimiz həyata keçməkdədir.

"Bu məqsədlə demokratiya və Azadlıqlar Adasındakı toplantımızda Türk Şurasının adını Türk Dövlətləri Təşkilatına dəyişdirdik. Bütün liderlər buna çox səmimi yanaşdı. Ancaq bundan narahat olanlar da yox deyil. Bu məsələdə Rusiyanın rahatsız olub-olmadığını deyə bilmərəm. Çünki cümə günü Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevin Rusiyada görüşü var idi (noyabrın 26-da keçirilən Soçi görüşüşün nəzərdə tutur - red.). Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bir toplantı reallaşdırıldı.

Bu toplantı ilə bağlı qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o, yığıncağın çox yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantı vasitəsi ilə Araz çayı boyu dəmiryolu, avtomobil yolu tikintisi məsələsi də həll edildi. Bununla yanaşı Iğdıradək salınacaq avtomobil yolu məsələsi də var. Avtomobil yolu vasitəsi ilə Naxçıvanın çətinliklərini aşmaq başqa tərəfdən Ermənistan ərazisindən keçməklə burada Azərbaycanın İğdır ilə əlaqələrinin yaranması üçün uğurlu bir addım olacaq. Dəmiryolu və avtomobil yolu vasitəsi ilə yük və sərnişin daşınması sahəsində də əhəmiyyətli addım atılacaq”, - Türkiyə Prezidenti bildirib.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Ərdoğan deyib ki, Azərbaycanın Ermənistan ərazisindən keçərək İğdırla birləşməsi istiqamətində çox uğurlu addım atılacaq: “ Bundan əlavə, həm avtomobil, həm də dəmir yolu ilə sərnişin və yük daşımaları istiqamətində ciddi addımlar atılacaq. Bu məqsədlə biz 6-lıq platformasını gündəmə gətirmişik. Bu platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran, həmçinin Gürcüstanın iştirakı ilə bölgədə sülhün tam şəkildə təmin olcağının şahidi oacağıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.