BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb

2-12-2021, 08:01           
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Koronavirusun yeni "omikron" adlı ştammının yayılması ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətlərini ədalətsizdir.

Trend-in məlumatına görə, bunu Nyu-Yorkda keçirilən mətbuat konfransı zamanı BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətinin pisləşməsi səbəbindən növbəti səyahət qadağaları yalnız ədalətsiz deyil, həm də qeyri-effektivdir.

O, öz mövqeyini məhdudiyyətlərin bəzi regionları və bütün ölkələri təcrid etməsi ilə əsaslandırıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru