“Azərsu”da ciddi nöqsanlar aşkarlandı

9-04-2016, 00:59           
“Azərsu”da ciddi nöqsanlar aşkarlandı
Hesablama Palatasının 2015-ci il İş Planına uyğun olaraq “Azərsu” ASC üzrə “Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və “Açıq Kommunal İnfrastruktur Proqramı – II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agetliyindən (YBƏA/JBİC) və Almaniyanın “KfW” bankından cəlb olunmuş kreditlərdən və dövlət əsaslı vəsait qoyuluşundan istifadə vəziyyətinə dair audit keçirilib. Audit tədbiri ilə əhatə olunan vəsaitin məbləği 6970,8 mln. yapon yeni və 17257,2 min avro məbləğində vəsaiti əhatə edib. Aparılmış audit nəticəsində “Azərsu” ASC-nin nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunverciliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsini tənzimlənmədiyi, idarə heyəti haqqında Əsasnamənin qəbul edilmədiyi müəyyən olunub.

Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

“Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” üzrə YBƏA tərəfindəın ayrılan kreditlə vəsaitindən keçikmə ilə istifadə olunması və layihə üzrə işlərin vaxtında icrasının təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində kreditin istifadə olunmamış məbləğinə hesablanan “Öhdəlik haqqı” üzrə ödənişlərinin artmasına yol verilib. Sifarişçi ilə razılaşdırılmadan layihə üzrə iş həcminə əlavə və dəyişiklliklərin aparılmasına və əlavə vəsait xərcinə yol verilən, layihə üzrə Beynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Bankının (JBİC) Rəsmi İnkişaf Yardımı (ODA kreditləri) çərçivələrində satınalmalar keçirilərkən “Malların və Xidmətlərin Satınalınması üzrə Təlimatlar”ın tələblərinə tam əməl edilməyib. YBƏA-nın Mərkəzi və Şərqi Asiya və Qafqaz regionu Departamentinin missiyası tərəfindən müəyyən edilmiş və təqdim olunan tövsiyyələrin icrası təmin edilməyib, bəzi hallarda işlərin dəyəri artıq hesablanıb.


Habelə “Açıq Kommunal İnfrastruktur Proqramı – II (Gəncə-Şəki)” layihəsi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə Almaniyanın “KfW” bankı arasında bağlanmış ssuda müqaviləsi üzrə kreditin artırılması ilə əlaqədar yeni ssuda müqaviləsinin bağlanmasını nəzərə alaraq həmin məbləğin “Azərsu”ya ötürülməsi və istifadəsi üzrə Təkrar müqavilənin bağlanılması, “Azərsu” ASC-nin “KfW” bankı qarşısında maliyyə öhdəliklərinin təmin edilməsi üzrə “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” hesabına “KfW” bankına ödənilmiş vəsaitin Fonda bərpa olunması məqsədilə “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna bərpa edilməsi haqqında Müqavilə”nin bağlanılması təmin edilməyib. Bundan başqa, satınalma müsabiqələri üzrə hazırlanan texniki tapşırıqların, tətbiq ediləcək satınalma metodlarının və satınalmalar planında ediləcək dəyişikliklərin müvafiq qaydada razılaşdırılması, layihənin 6 paketi üzrə həyata keçirilmiş satınalmalarının yekun protokollarının aidiyyatı üzrə təqdim edilməsi təmin edilməyib, “KfW” bankının nümayəndə heyəti tərəfindən tikinti işlərinin keyfiyyətinin artırılması və vaxtında başa çatıdırılması barədə bildirilən iradlar vaxtında aradan qaldırılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.