"Şəhidlərimizin qisasını alacağıq" - Zakir Həsənov

11-04-2016, 14:35           
"Şəhidlərimizin qisasını alacağıq" - Zakir Həsənov
"Bu gün burda danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir, erməni faşistləri bizə qarşı cinayət törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi".

APA-nın məlumatına görə, bunu şəhid hərbi pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, şəhidlərimiz bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqıdır.

"Bu gün Ali Baş Komandanlığının rəhbərliyi ilə Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi var. Şəhidlərin qisası alınacaq və biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin", - deyə nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru