RF MN-yi “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” dedi - Rusiya nə demək istəyir...

27-03-2022, 00:05           
RF MN-yi “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” dedi -  Rusiya nə demək istəyir...
Rusiya müdafiə nazirliyi rəsmi açıqlama yayıb, sənəddə açıq şəkildə “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” sözləri yer alıb. Moskva israrla bizi daha sərt addımlar atmağa təhrik edir, bu gün Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi ən çox Rusiyaya sərf edir:
1) Dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaq,
2) Dünyada indi yeganə “pozitiv” aktivi olan ölkəmizdəki “sülhməramlılıq” missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə çalışmaq,
3) Qərb dövlətlərinin bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etmək,
4) Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamaq,
5) Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etmək.
Bütün bunları anlayaraq çox ehtiyatlı, diqqətli, səbrli davranmalıyıq, indiki zamanda Moskvanın təxribatlarına getmək olmaz, bü gün ölkədə kimlərsə, “məqamdı, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək”, kimi fikirlər səsləndirənlər bilərək, ya bilmədən Kremlin əlinə oynayır, ya da, siyasi və geosiyasi olaraq savadsızdılar.
Bu gün Kremlin açıqlaması bizim daha sərtləşməyə təhrik etmək üçündür, bunu yazaq bir kənara, unutmayaq, əsas düçmənimizin kimlər olduğunu bir daha əmin olaq, amma onların bu çirkin oynunu da pozaq.
Rusiya zəifləyəcək, amma indi zəhərini tökməyə, dünyanın diqqətini başqa səmtə yönəltməyə fürsət axtarır – səbrli olaq, imkan verək zəifləsin, zatən tarixi, iqtisadi, demokrafiq və zaman üstünlüyü bizdədir.
Yaxşı işlər yavaş görülür – bunu unutmayaq, amma bu o demək deyil ki, 2020-ci ilin 1 noyabrında yazdığım (44 günlük savaşın bitməsinə hələ 9 gün qalmışdı) bizim “Çanaqqalamıza” da hazırlaşmayaq - buna da hazır olmalıyıq.
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.