Savaş başladığı zaman veteran hərbi kadrlardan necə istifadə etməli- MÜZAKİRƏ

13-04-2016, 12:27           
Savaş başladığı zaman veteran hərbi kadrlardan necə istifadə etməli- MÜZAKİRƏ
teref.az olaraq bu gün ictimaiyyətdə qızğın mübahisə predmeti olan müharibə şəraitində müharibənin odu alovunu keçmiş veteranların təcrübəsindən necə istifadə etmək olar sualı ilə hərbi ekspert Abuzər Əbilova müraciət etdik. Hərbi ekspertin fikirlərini sizə təqdim edirik:
Savaş başladığı təqdirdə ,yazılmış və yazılmamaış hərbi qanunlara uyğun olaraq,dövlət və hökumət,özünün "b" planını işləyib hazırlamalıdır. Bu həm ənənəvi yaxud belə olmayan ola bilir. Hər şey güclü analiz və qərar qəbul etmək bacarığından irəli gəlir. İndi yazdığım bu konsepsiya "b " planı olmasa da,müasir dövrdə praktikada qəbul ola biləcək bir cox amillər toplusudur. Düşünməyə dəyər məncə...
Hal hazırkı konsepsiyada:
Ermənistan hökumətinin işqal etdiyi ərazilərdə,ordumuzun azad etdiyi mövqelərə davamsız həmlələrinə və separatcı respublikaya aramsız könüllülər,ehtiyatda olan zabitlər ,terrorcu dəstələr yeritməsinə və cəbhəyanı ərazilərdə əhalinin təhlükəsizliyinə cavab olaraq həyati vacib proseduralar:
-Nazirlər Kabineti,Səfərbərlik xidməti,MN,DİN və digər strukturlar,dəqiq analiz etməklə,ehtiyatda olan hərbcilər,hərbi mütəxəssislər,ixtisaslı komandir heyətini kecmiş veteranlar arasından toplayaraq,onların sosial problemlərini,ailələrinin dolanışığını təmin etməklə,rezerv hissələri yaratmalı.
-Cəbhəyanı ərazilərdə yuxarıda göstərilən konyingentdən istifadə ilə tam hərbləşdirilmiş,silahlanmış post-patrul dəstələrinin yaratmalı və bilavasitə həmən ərazilərdə xüsusi rejim tətbiq etməli.
-Hərbi ixtisasına uyğun olaraq,hərbi mütəxəssisləri toplayıb,ön hissədə olan hissələrin tərkibinə göndərməli,bir növ ehtiyat potensial yaratmalı.
-Müdafiə və hücum zamanı ehtiyatdan cağırılmış hərbcilərin məhz döyüş praktikasına müraciət edib,kicik komanda heyətində onların təcrübəsindən istifadə etməli:
-Kecmiş müharibənin səhflərinin tədqiq olunması və analizi ücün müharibə veteranları ilə bir mərkəzdə görüşərək “analitik beyin mərkəzi “ yaratmalı.
-Ən əsası müasir savaşın cox təhlükəli növü olan “psixoloji müharibə” konsepsiyasında,cağırışa gedə bilməyən,ahıl lakin analiz,yazı,jurnalistika,İT təcrübəsi olan veteranlardan istifadə ilə və onları kompyuterlərlə təmin etməklə-əks psixoloji müharibə mərkəzi yaradılmalıdır
Bu qənaətə gəldiklərimin bir hissəsidir.
A.Əbilov
teref.az olaraq bu ictimaiyyətdə böyük maraq doğuran mövzu ətrafında başqa peşəkar ekspert və veteranlarımızın fikirlərinidə dinləmək istəyərdik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.