Ermənilərin real itkiləri: - 322 ölü, 500-dən çox yaralı

15-04-2016, 13:44           
Ermənilərin real itkiləri: - 322 ölü, 500-dən çox yaralı
2-5 aprel günlərində hərbi əməliyyatların gedişində Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var.

Ermənistan rəhbərliyi itkilərin sayını gizlətmək üçün ölənlərin bir qismini “itkin düşmüş” elan edib, onların bir qismi basdırılıb, digər qismi isə qeyri-döyüş itkisi kimi və “aprelin 5-dən sonra atışmalarda ölənlər” kimi qələmə verilir.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında arada məlumat getsə də, sonradan bu məlumatlar silinib və yayımı qadağan edilib.

Bəzi məlumatlara görə, fərarilik edərək İrana qaçan erməni əsgərləri də “itkin düşənlər”in siyahısına daxil edilib.
“İtkin” kimi qələmə verilənlərin bir hissəsi heç kimə xəbərdarlıq edilmədən basdırılıb. Qalanları isə morqdadır və bir-bir çıxarılaraq cəmiyyətə təqdimj edilir.

Qeyd edək ki, ötən gecə işğal olunmuş ərazilərdəki təmas xəttində Ermənistan tərəfi atəşkəsi yenidən pozaraq, təxribata cəhd edib və Azərbaycan ordusunun bir əsgəri həlak olub. Qarşı tərəfə sarsıdıcı cavab verilib və onun canlı qüvvəsində xeyli itkiləri vardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru