Qəhrəman şəhidmizin oğulları təhsil alan liseydə möhtəşəm törən - Onur və Tayfunun lisey yoldaşlarından vəd

15-04-2016, 17:50           
Qəhrəman şəhidmizin oğulları təhsil alan liseydə möhtəşəm törən - Onur və Tayfunun lisey yoldaşlarından vəd
Türk Dünyası Bakı Atatürk Liseyində erməni işğalçıları ilə savaşda şəhid olmuş mayor Təbriz Musazadənin xatirəsi anılıb. Liceyin müəllim və şagird kollektivi anım törənində erməni işğalçılarına layiqli cavab verən qəhrəman türk zabitinin xatirəsinə böyük ehtiramla yad ediblər.

teref.az-ya daxil olan məlumata əsasən şəhidimiz mayor Təbriz Musazadənin Bakı Atatürk Liseyində təhsil alan oğulları Tayfun Musazadə və Onur Musazadənin şagird yoldaşları və bütün liseyin şagirdələri onlara arxa və qardaş olduqlarını bəyan ediblər.

Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhraman oğullarımızın yolunu davam etdirəcəklərinə, onlara dəstək olacaqlarına söz veriblər. Tanrı şəhidlərimizin ruhunu şad etsin.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.