"SÜLHMƏRAMLILAR LAÇIN DƏHLİZİNDƏN DİSLOKASİYA OLUNACAQLAR!" - Prezident İlham Əliyev

6-08-2022, 08:24           
"SÜLHMƏRAMLILAR LAÇIN DƏHLİZİNDƏN DİSLOKASİYA OLUNACAQLAR!" -
Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Dövlətimizin başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.