USUBOVUN ÖLKƏDƏN ÇIXIŞININ QARŞISI ALINIB - Avropaya getmək niyyəti baş tutmayıb

16-08-2022, 00:05           
USUBOVUN ÖLKƏDƏN ÇIXIŞININ QARŞISI ALINIB -
Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da Rüstəm Usubovu cinayətdə ittiham edib.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru