Sülh olmasa ali təhsillilərə hərbi xidmətdən möhlət verilməyəcək

13-05-2016, 11:46           
Sülh olmasa ali təhsillilərə hərbi xidmətdən möhlət verilməyəcək
““Elm haqqında” qanun layihəsindən yalnız Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi müddəası çıxarılıb”.

Bu sözləri Modern.az saytına açıqlamsında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli “Elm haqqında” qanun layihəsinə edilən son əlavələr haqqında danışarkən deyib.

Deputat bildirib ki, qanun layihəsində magistr və doktorantlara hərbi xidmətən möhlət hüququnun verilməsi hissəsi istisna olmaqla, başqa müddəalar yerində qalıb:

“Qanunda digər müddəalar yerində qalıb. Bir müddəadan başqa digərlərinə əl vurulmayıb.Yəni çox az müəddəlar çıxarılıb”.

İsa Həbbibəyli “Elm haqqında” qanun layihəsində redaktə, təkmilləşdirmə, yerdəyişmələrin olduğunu söyləyib.

“Qanun layihəsində müəyyən redaktə və yerdəyişəmlər də olub. Qalan hissələr isə təkmilləşdirilib, yenilşdirilib. Birləşdirilən və redaktə olunan hissələr də var.

Əyani təhsil alan magistr və doktorantlara fasiləsizliyi təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin ləğvi müharibə və hərbi əməliyyatlara tam son qoyulduqdan, sülh sazişi bağlandıqdan sonra bərpa oluna bilər”,-deyə komitə sədri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru