Amerikanın beyin mərkəzi: "Şərqlə Qərb arasında ən optimal yol Zəngəzur dəhlizidir"

21-09-2022, 11:10           
Amerikanın beyin mərkəzi:
"The National Interest" ABŞ-ın beyin mərkəzlərindən biridir. O "Armenia Must Build the Zangezur Corridor" (Ermənistan Zəngəzur dəhlizini tikməlidir(yəni bu, mütləqdir, hökmdür)) adlı geniş məqalə ilə çıxış edib. Diqqət edin: Məqalənin elə başlığında "Zəngəzur dəhlizi" ifadəsi işlədilib.
Stephen Blankın qələmə aldığı məqalədə deyilir: "Rusiyanın qlobal tədarük yollarının blokadası şəraitində, malların Şərqdən Qərbə daşınması üçün bir neçə səmərəli həll yolu var. Onların arasında ən optimalı kimi Zəngəzur dəhlizi seçilir"...Yəni Asiya ilə Avropa arasında mal mübadiləsinin ən optimal yolu Zəngəzur dəhlizidir...
Gördüyünüz kimi, Zəngəzur dəhlizi İlham Əliyevin fantaziyası deyil. Bu məsələ dünyanın gündəmindədir...
Müəllif vurğulayır: "Ermənistan 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının bir hissəsi kimi dəhlizin açılması öhdəliyi götürüb. Bununla belə, bu sazişin şərtləri bu dəhlizi Rusiyaya həvalə edir ki, bu, növbəti fitnə-fəsad törətmək üçün təhlükəli presedentdir. Avropa İttifaqının (Aİ) ötən ilin dekabrında Ermənistan və Azərbaycan ilə üçtərəfli danışıqlarından sonra Çarlz Mişel tərəfindən açıqlanan düstur daha üstündür. Mişelin planı hər bir ölkəyə üçüncü tərfin manipulyasiyasına yer qoymadan dəhlizin öz ərazisindən keçən hissəsinə nəzarət etməyə imkan verəcək"...
Gördüyünüz kimi, müəllif bimənalı şəkildə deyir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzəinə öhdəlik götürüb. Sadəcə, Rusiyanın bu dəhlizə nəzrət etməsi narazılıq yaradır...
Bizim bir çox müaxlifət lideri, siyasi analitik and-aman edir ki, Qarabağ atəşkəs bəyanatında (2020 10 noyabr) belə bir bənd yoxdur...
Bəli, Azərbaycan Zəngəzur məsələsi ilə bağlı Ermənistana bütün vasitələrlə təzyiq göstərməlidir. Bu prosesin qarşısını heç bir Nensi qasırğası ala bilməz. Azərbaycan buna imkan verə bilməz və heç bir halda verməməlidir...
Yadların işarəsi ilə sülh göyərçini rolunda çıxış edənlər çartlasa da, partlasa da Zəngəzur dəhlizi açılacaq...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru