Rusiyada BU SAYDA azərbaycanlı səfərbərliyə cəlb oluna bilər - AÇIQLANDI

27-09-2022, 11:25           
Rusiyada BU SAYDA azərbaycanlı səfərbərliyə cəlb oluna bilər - AÇIQLANDI
Xəbər verdiyimiz kimi, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən qismən səfərbərlik elan olunub. Putinin bu fərmanından sonra isə çağırışçı yaşında olan Rusiya vətəndaşları qonşu ölkələrə axın etməyə başlayıb.

Rusiya vətəndaşı olan soydaşlarımızın da bir çoxu bu səbəbdən ölkəni tərk etmək qərarına gəliblər.

Hər kəsi maraqlandıran əsas sual isə Rusiyada səfərbərliyə cəlb oluna biləcək azərbaycanlıların sayının nə qədər olması ilə bağlıdır.

Rusiyanın Miqrasiya İnstitutunun statistikasına görə, bu ölkədə miqrant kimi yaşayıb, çalışan azərbaycanlıların sayı 769 min nəfərdir. Ümumilikdə, Rusiyada yaşayan azərbaycan əsilli şəxslərin sayı isə 2021-ci ilin hesablamalarına görə 2,1 milyon nəfərdir.

Yəni, Rusiya vətəndaşlarının 1,3 milyona yaxınını məhz azərbaycanlılar təşkil edib.

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən aparılan miqrasiya statistikasına görə, 2021-ci ildə Rusiya vətəndaşlığı almış Azərbaycan vətəndaşlarının sayı 30,8 min nəfər olub ki, bu da ümumi sayın 4,2%-ni təşkil edir.

Daha əvvəlki dövrdə, yəni 2016-2020-ci illərdə isə bu say 49,7 min nəfər olub. 2022-ci ilin I rübündə Rusiya vətəndaşlığı alan vətəndaşlarımızın sayı isə 6300 nəfər olub.

Rusiya mənbələrinin yazdığına görə, bu ölkənin vətəndaşı olan azərbaycanlıların içərisində kişi cinsindən olanlar üstünlük təşkil edir. Belə ki, 18-50 yaş arası azərbaycanlılar içərisində kişilərin qadınlara olan say nisbəti təqribi olaraq, 65/35 nisbətindədir.

Yəni bəsit hesablama aparsaq, Rusiya vətəndaşı olan soydaşlarımız içərisində çağırışçı yaşında və kişi cinsindən olanların sayı ALTI YÜZ MİN nəfərin üstüdür.

Lakin çağırışçıların sayı ilə bağlı dəqiq say qeyd etmək bir qədər çətindir.

Çünki Rusiya vətəndaşlığı aldıqdan sonra Azərbaycan pasportunu təhvil verən soydaşlarımızın sayı xeyli azdır. Bunu görmək üçün rəsmi statistikaya baxmaq kifayətdir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyası ikili vətəndaşlığı qəbul etmir. Dövlət Miqrasiya Xidmətinin statistikasına görə isə 2020-ci ildə 561, 2021-ci ildə 944 nəfər Azərbaycan vətəndaşlığından çıxıb. 2021-ci ildə Rusiya vətəndaşlığı alan Azərbaycan vətəndaşlarının sayı ilə müqayisə apardıqda görə bilərik ki, onlardan ən yaxşı halda 0,3%-i (Əgər bütün vətəndaşlıqdan çıxanların Rusiya pasportu aldığını qəbul etsək) Azərbaycan pasportunu təhvil verib.

Eyni zamanda, qismən səfərbərliyə çağırış məsələsində də müəyyən kriteriyalar mövcuddur.

Belə ki, ilk olaraq xüsusi hərbi vəzifə təcrübəsi olanlar - atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər və sürücü-mexaniklər çağrılır. İkinci mərhələdə yaşı 35-dən aşağı olan əsgər və çavuşlar, 50 yaşa kimi orta rütbəli, 70 yaşa qədər isə yüksək rütbəli zabitlər səfərbərliyə alınır.

Məsələni daha da qəlizləşdirən məqamsa Rusiya qanunvericiliyinin ikili vətəndaşlıq məsələsinə yanaşmasının Azərbaycandan fərqli olmasıdır.

Bu barədə isə növbəti yazımızda...
Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.