Şəhidlərin anım vaxtı “Land Cruiser” sürücüsündən BÖYÜK HÖRMƏTSİZLİK - VİDEO

28-09-2022, 10:58           
Şəhidlərin anım vaxtı “Land Cruiser” sürücüsündən
Dünən 44 günlük zəfər tarixinin başladığı gün idi. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir. Hörmət əlaməti olaraq saat 12-də əhali tərəfindən bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilir. Avtomobil yollarından tutmuş bir çox yerlərdə hərəkət məhdudlaşdırılır. Dünən sükut zamanı sürücülərdən biri xoşagəlməz addımı ilə kameraya düşüb.

Hadisə Bakı-Qazax yolunda baş verib. Videodan da göründüyü kimi, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü sükutu pozaraq yolun sağına manevr etməklə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yolda avtomobilini saxlayaraq şəhidləri andığı bir vaxtda hər hansı şəxsin özünü yüksək nüfuzlu şəxs kimi görərək şəhidlərin ruhuna hörmətsizlik nümayiş etdirməsi qəbuledilməzdir.

Sözügedən görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru