Bolqarıstanın Rusiyanın xeyrinə ikibaşlı siyasəti -ŞOK

28-09-2022, 11:30           
Bolqarıstanın Rusiyanın xeyrinə ikibaşlı siyasəti -ŞOK
Bolqarıstanın keçmiş hakimiyyət orqanları qanuna zidd olaraq Rusiyadan “Balkan axını” qaz kəmərinin tikintisinə razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Bird.bg nəşri məlumat yayıb.

Qeyd olunub ki, xüsusi xidmət orqanları bu kəmərin Sofiyanın iqtisadi maraqlarına cavab vermədiyini və yalnız Rusiyanın Ukrayna ərazisindən qaz tranzitindən asılılığını azaltmaq məqsədi daşıdığını bildirib.

Nəşrin 2016-cı ildə apardığı araşdırmaya görə, Rusiya çoxmilyardlıq “Cənub axını” layihəsini həyata keçirməkdən imtina etdikdən sonra Bolqarıstanın o vaxtkı baş naziri Boyko Borisov “Balkan axını” ideyasını irəli sürüb. Yəni Ukraynadan yan keçməklə, Türkiyə vasitəsilə Bolqarıstan və Serbiya üzərindən.

Bildirilib ki, layihənin real məqsədi kəşfiyyat xidmətinin hesabatından da göründüyü kimi, Bolqarıstana qaz tədarükünü şaxələndirmək olmayıb, bu, yalnız Rusiyanın xeyrinə olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.