Səfər Mehdiyevin qaynının `kantorunda` TOTAL TƏFTİŞ - NƏ BAŞ VERİR?

28-09-2022, 11:23           
Səfər Mehdiyevin qaynının `kantorunda` TOTAL TƏFTİŞ - NƏ BAŞ VERİR?
“Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” İstehsalat Birliyinin (İB) yeni rəhbərliyi qurumun 100-ə yaxın əməkdaşını bir gündə işdən çıxarıb. Daha doğrusu, oktyabrın 1-dən onlarla bağlanmış müqaviləyə son veriləcəyi bildirilib.

TEREF.AZ-ın “AzPolitika.info”ya istinadən xəbərinə görə, müqaviləsinə son verilənlərin əksəriyyəti sıravi işlərdə (sürücü, fəhlə, bağban, texniki xidmətçi və s.) çalışanlardır. Belə ki, “Azərterminalkompleks” İB-yə ştat verilmədiyindən bu işçilər müqavilə əsasında fəaliyyət göstərib.

Xeyli sayda ailənin yeganə gəlir yerinin kəsilməsinə səbəb olan bu addım təbii ki, böyük narazılıq doğurub. Bir çox işçinin müqaviləsinin başa çatmasına xeyli vaxt qalsa da, nəzərə alınmayıb. Qərarın Gömrük Komitəsinin rəhbərliyinin tapşırığı olduğu bildirilərək, onların da müqaviləsinə son verilib.

Mənbə bildirib ki, “Azərterminalkompleks” İB-nin yeni rəhbəri Kənan Aşurlu DGK sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırova yaxın kadrıdır. O vəzifəyə təyin olunandan sonra qurumda geniş “təzmizləmə” əməliyyatına start verib. Keçmiş rəhbərliyin dövründə çalışnlar kütləvi şəkildə Gömrük Komitəsindən uzaqlaşdırılır.

Xatırladaq ki, Şahin Bağırovun əmri ilə daha əvvəl “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru