İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub ?

28-09-2022, 12:20           
İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub ?
MİDA 24.09.2022-ci il tarixində keçirilən mənzil satışının statistikasını açıqlayıb.
Mənzil seçimində 8103 nəfər iştirak edib.
Yəni, təxminən hər 10 nəfər iddiaçıdan biri mənzil sahibi olub.
Bəzi rəqəmləri diqqətə çatdırıram :
1. Mənzilə ilk baxışın keçirilməsi 30.8-ci saniyədə baş tutub.
Biz onlayn satış prosesinə ictimai nəzarət çərçivəsində müşahidə apararkən ilk baxışın 31-ci saniyədə olduğunu bildirmişdik.
Göründüyü kimi 0.2 saniyə xəta etmişik 🙂
2.Mənzil seçiminin təsdiqlənməsi ilk olaraq təxminən 36-cı saniyədə baş tutub
3. Satışdakı sonuncu mənzilə baxışın keçirilməsi 1.28-də, yəni 1 dəq. 28-ci saniyədə baş tutub.
Bu anlaşıqlı olaraq o deməkdir ki, artıq 1 dəq. 28 saniyədən sonra bütün mənzillər baxış prosesində olub. Yəni bu andan sonra kimsə baxış üçün mənzil seçimi edə bilməzdi.
4.Sonuncu mənzili seçiminin təsdiqlənməsi isə 1.37-də yəni 1 dəq. 37-ci saniyədə baş tutub. Yəni bu andan etibarən sistemdə seçim üçün heç bir mənzil olmayıb.
MİDA statistikada hər bir mənzilin baxış və seçim müddətini, həmçinin seçənin hansı kateqoriyadan olduğunu qeyd edib
Beləliklə, MİDA-nın bu satışı əvvəlkilərdən xeyli fərqlənib.
Bir neçə dövlət qurumunun səyləri ilə satış uğurla başa çatıb.
Sistemdə aparılan təhlükəsizlik tədbirləri botlara və robotlara seçim imkanı verməyib.
Eyni zamanda qeyd etmək lazımdır ki, DEMO ilə bağlı yetərli məlumat olmadığından bəzi istifadəçilərin seçimi uğurlu olmayib.
Gələcəkdə MİDA "Güzəştli mənzil sisteminin" daha da təkmilləşdirilməsi, DEMO ilə bağlı daha ətraflı məlumatların çatdırılması, satışa az qalmış daha əhatəli məlumatların verilməsi, xüsusilə də yeni bir alternativ satış üsulunun təqdim olunması istiqamətində səylərini gücləndirməlidir.
Osman Gündüz
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.