Naxçıvan xanı Vasif Talıbovun vurulmasına start verildi: - Düşməni azadlığa buraxıldı və biznesi yoxlanılır

28-09-2022, 17:11           
Naxçıvan xanı Vasif Talıbovun vurulmasına start verildi: -
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun vurulmasına start verilib.

TEREF.AZ-ın məlumatına görə, AzToday.az sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, el arasında “Xan” ləqəbi ilə tanınan Vasif Talıbovun biznesi yoxlanılmağa başlanılıb. Məlumatlara görə, “Xan” məxsus “Cahan” Holdinqinə Bakıdan yoxlama gedib. ”Xan”ın qatı düşməni, MR MTN-in keçmiş rəhbəri Vəli Ələsgərov həbsdən azad olunub.

Görünür, söhbət hansısa “sadəcə yeyinti”dən getmir. Sonucda “Cahan” Holdinq nazirlik, komitə yox, özəl şirkətdir, Bakının orada yoxlama aparması üçün son dərəcə ciddi səbəblər olmalıdır. Ehtimal olunur ki, keçmiş MTN şefi Vasif Talıbovla bağlı Bakıya vacib xəbər uçura, vacib məsələnin para qaynağının “Cahan” Holdinq olmasını sübut edəcək faktlar təqdim edə bilib.

Yeri gəlmişkən qeyd edək ki, Zəngəzurla bağlı Azərbaycan üçün arzuolunmaz planların içərisində Naxçıvan da var. Ötən həftə “Naxçıvan bayrağı” məsələsinin ortaya atılması sıradan olay deyildi…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru